6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək

2024-cü il noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək.

4 Noyabr 2024 14:08
Bakıda Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək

Bakı, AzerVoice

2024-cü il noyabrın 16-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Asiya İnkişaf Bankı (AİB), Asiya İnkişaf Bankı İnstitutu (AİBİ) və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı İnstitutu (CAREC Institute) ilə birgə Qlobal Beyin Mərkəzləri Forumu keçirəcək.

AzerVoice xəbər verir ki, bu barədə İİTKM məlumat yayıb.

Bildirilib ki, “Qlobal Yaşıl İqtisadiyyat: İqlim Fəaliyyəti, Maliyyələşdirmə və İnnovasiya” (Global Green Economy: Climate Action, Financing and Innovation) mövzusunda təşkil olunan Forumda T20 şəbəkəsinə daxil olan və qlobal miqyasda ən nüfuzlu beyin mərkəzlərinin nümayəndələri, alimlər, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektor təmsilçiləri, QHT-lər və digər maraqlı tərəflər iştirak edəcəklər.

Qlobal Beyin Mərkəzləri Forumu ölkələr arasında dialoqu təşviq etməklə iqlim dəyişikliyinin təsirlərinin daha yaxşı anlaşılmasına və Paris Sazişinin icrasını dəstəkləyən tədbirlərin təşviqinə töhfə verməyi qarşıya hədəf qoyur. Forum Azərbaycanın COP29 çərçivəsində qlobal arenada nüfuzunun artırılmasına və beynəlxalq beyin mərkəzləri şəbəkəsi daxilində ölkənin strateji mövqeyinin gücləndirilməsinə mühüm töhfə verəcək.

Forumda İİTKM-in icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı, AİBİ-nin icraçı direktoru Dr. Tetsuşi Sonobe, İndoneziya Respublikası Prezidentinin xüsusi müşaviri Prof. Bambanq Brodjoneqoro, Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) icraçı direktorunun müşaviri Nikolas Buşoud, BMT Universiteti - Ətraf Mühit və İnsan Təhlükəsizliyi İnstitutundan Dr. Şen Sayomenq, Brukinqs İnstitutunun baş elmi işçisi Amar Bhattaçarya, “Ümumdünya Təbiəti Mühafizə Fondu”nun prezidenti Dr. Adil Nacam və digər nüfuzlu beyin mərkəzlərinin rəhbərləri və alimləri çıxış edəcəklər.

Forumun birinci hissəsində “Davamlılığa aparan qlobal yollar: təsirlərin azaldılması, uyğunlaşma və enerji keçidi” (Global Pathways to Sustainability: Mitigation, Adaptation, and Energy Transition), ikinci hissədə isə “Qlobal İqlim Dayanıqlılığı üçün Yaşıl Maliyyə: Strategiyalar və İnnovasiyalar” (Green Finance for Global Climate Resilience: Strategies and Innovations) mövzuları ətrafında müzakirələr aparılacaq.

Tədbir İİTKM-in inzibati binasında hibrid rejimdə keçiriləcək. Forumda müzakirələrə onlayn qoşulmaq üçün http://globalthinktanksforum.ereforms.org saytından qeydiyyatdan keçmək lazımdır.

Məqalədə: #İİTKM

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.