8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib

30 oktyabr 2024-cü il tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin sədrliyi ilə Elmi şuranın 178 saylı iclası keçirilib.

5 Noyabr 2024 20:59
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib

Bakı, AzerVoice

30 oktyabr 2024-cü il tarixində Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin sədrliyi ilə Elmi şuranın 178 saylı iclası keçirilib.

AzerVoice xəbər verir ki, iclası açıq elan edən rektor Arif Paşayev 2024-2025-ci tədris ili münasibətilə kollektivi təbrik edib və Elmi şuranın işinə uğurlar arzulayıb. Akademik iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Birinci prorektor-tədris işləri üzrə prorektor Ədalət Səmədov 2024-2025-ci tədris ili üçün MAA-ya tələbə qəbulunun nəticələri, növbəti 2025-2026-cı tədris ili üçün qəbul planı barədə məlumat verib.

İclasa qonaq qismində dəvət olunan “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov 75-ci Beynəlxalq Astronavtika Konqresinin nəticələri barədə məlumat verib. Sürətli inkişaf fonunda Azərbaycanın artıq dünya miqyasında kosmik ölkə kimi tanındığını bildirib. O qeyd edib ki, ölkəmiz Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olaraq Avropa, Mərkəzi Asiya, Afrika regionlarındakı tərəfdaşlarla telekommunikasiya üzrə peyk xidmətləri təqdim edir. S.Əsədovun sözlərinə görə, yaxın illərdə ölkəmizdə ən mütərəqqi texnologiyalara sahib olan peyklərin istehsalına başlanılacaq ki, bu prosesdə azərbaycanlı gənclər fəal iştirak edəcək. İdarə Heyətinin sədri “Azərkosmos” və MAA arasındakı əməkdaşlıq və birgə layihələr barədə də danışıb.

Məruzəçi Aerokosmik cihazlar kafedrasının müəllimi Əliağa Sahibcanov TEKNOFEST 2024 Aerokosmik və Texnologiya festivalının qalibi olan “Peyk modeli” layihəsi haqqında məlumat verib. Bildirib ki, Türkiyənin Adana şəhərində keçirilən festivalda Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət “Orion” komandası Azərbaycanı uğurla təmsil edərək, ikinci yerə layiq görülüb.

Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyasının layihələndirmə üzrə aparıcı mühəndisi Sərxan Ağadadaşov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, laboratoriyada çalışan tələbələr təyyarələrin uçan modellərinin hazırlanmasının nəzəri və praktiki əsaslarını, idarə edilməsini öyrənir, bu modellərlə Azərbaycanı beynəlxalq yarışmalarda layiqincə təmsil edirlər.

MAA-nın Təlim Mərkəzinin baş direktoru Aqil Heydərovun Təlim Mərkəzinin fəaliyyəti barədə hesabatı dinlənilib.

Elmi katib, yeni texnologiyalar üzrə prorektor Xəqani Abdullayev Elmi şuranın tərkibinin və iş planının təsdiq edilməsi barədə məlumat verib. Sonda akademik Arif Paşayev beynəlxalq yarışmalarda yüksək nəticələr əldə edən MAA tələbələrinə mükafatlar təqdim edib.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin sədrliyi ilə Elmi şuranın iclası keçirilib
Məqalədə: #Milli Aviasiya Akademiyası #Arif Paşayev

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.