12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib

Qırğızıstanda Alıkul Osmonov adına Milli Kitabxanada görkəmli qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğız və Azərbaycan dillərində nəşr olunan "Zamandan zamana" kitabının təqdimatı keçirilib.

15 Noyabr 2024 11:36
Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib

Bakı, AzerVoice

Qırğızıstanda Alıkul Osmonov adına Milli Kitabxanada görkəmli qırğız şairi Alıkul Osmonovun Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Qırğız və Azərbaycan dillərində nəşr olunan "Zamandan zamana" kitabının təqdimatı keçirilib.

Təqdimatda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq, rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında bəhs edib: "Türk Mədəniyyəti və İrsi Fondunun missiyası Türk dünyasının zəngin irsini və mədəniyyətini qorumaq, öyrənmək və beynəlxalq aləmdə təbliğ etməkdir. Təşkilatın prioritet istiqamətlərindən biri də türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin gələcək nəsillərə ötürülməsidir. Fond bu yöndə "Türk dünyasının görkəmli şəxsiyyətləri", "Türk dünyasının ədəbi inciləri", "Türk dünyasının elmi inciləri" adlı 3 kitab seriyası təsis edib. Alıkul Osmonovun "Zamandan zamana" kitabı "Türk dünyasının ədəbi inciləri" seriyasından işıq üzü görən ilk kitabdır. Kitabın tərcüməsi tanınmış Azərbaycan yazıçısı Adil Cəmil tərəfindən həyata keçirilib".

Aktotı Raimkulova qonaqlara Bişkekdə yerləşən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi barədə də məlumat verib: "Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Astana Sammitinin Bəyannaməsinin direktivlərinə əməl edərək, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Alıkul Osmonovun ev-muzeyinin yenidən qurulması və muzeyləşdirilməsi başa çatdırılıb. Ev muzeyinin bərpası və müasir avadanlıqlarla təhciz edilməsi nəticəsində ziyarətçilər görkəmli qırğız şairi Alıkul Osmonovun yaşadığı dövrün ab-havasını özündə əks etdirən mədəni mühitlə tanış ola biləcəklər".

Tədbirdə Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya, İdman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qandilov, TÜRKSOY-un baş katibi Sultan Rayev, həmçinin görkəmli yazıçılar, mədəniyyət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib Bişkekdə Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi "Zamandan zamana" kitabının təqdimat mərasimi keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu #Bişkek

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.