14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirlərinin görüşü baş tutub.

18 Noyabr 2024 12:41
COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib

Bakı, AzerVoice

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirlərinin görüşü baş tutub.

AzerVoice xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, öz çıxışında Azərbaycanın səhiyyə naziri Teymur Musayev Azərbaycan və gürcü xalqları arasında mövcud olan tarixi və mədəni əlaqələrin iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib:

"Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir".

Həmçinin, Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.

COP29-da müzakirə olunan məsələlərin əhəmiyyətini və aktuallığını vurğulayan Teymur Musayev qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rolunu qeyd edib.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarcveladze dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.

Mixeil Sarcveladze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq, COP29 gündəliyinin formalaşmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.

Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq qeyd olunub.
Görüşdə səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib
Məqalədə: #Azərbaycan #Gürcüstan #COP29

Mövzu üzrə digər xəbərlər

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29

Son Xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
21:57
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
21:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.