13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“İDRAK” ictimai birliyi və "Türk Dünyası" (Turkic.World) media platforması tərəfdaşlıq memorandumu imzalayıb

"Turkic.World" media layihəsi İDRAK” Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin rəsmi media tərəfdaşı olub.

27 Noyabr 2024 11:13
“İDRAK” ictimai birliyi və "Türk Dünyası" (Turkic.World) media platforması tərəfdaşlıq memorandumu imzalayıb

Bakı. AzerVoice:

Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "Türk Dünyası" (TurkicWorld) və “İDRAK” Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

AzerVoice xəbər verir ki, memorandum “İDRAK” Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin sədri Rüfət Quliyev və Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu arasında imzalanıb.

Memoranduma əsasən, "Turkic.World" media layihəsi İDRAK” Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyinin rəsmi media tərəfdaşı olub.

Qeyd edək ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Türk Dünyası (Turkic.World) media platforması 2021-ci ildə İstanbulda keçirilən Türk Şurasının Media forumunda təqdim olunmaqla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə 25-ci Beynəlxalq Biznes Forumunun (International Business Forum (IBF)) rəsmi media tərəfdaşı olub. Eyni zamanda, "TurkicWorld" "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşı kimi çıxış edib.

2023-cü ilin oktyabr ayının 6-da TurkicWorld və Alport Baku-nun dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Türkiyənin "Albayrak Group" şirkəti və Trend BİA-nın təşkilatçılığı əsasında "Xətt Sənəti" sərgisi keçirilib.

Bütün bunlarla yanaşı, media platforması ölkədə keçirilən müxtəlif tədbirlərin də media tərəfdaşı kimi çıxış edib. Belə ki, 11 dekabr tarixində Türk Dünyası media platforması Bakıda MÜSİAD Azərbaycan tərəfindən keçirilən Qida və Kənd Təsərrüfatı Forumunun rəsmi media tərəfdaşı seçilib.

Bununla yanaşı, "TurkicWorld" media layihəsi İstanbul Ticarət Universiteti, Türkiyənin Balıkesir Universiteti, Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin İnsan Hüquqları, Azadlıqları və Humanitar Yardım Vəqfi (İHH) ilə tərəfdaşlıq memorandumu imzalayıb.

2023-cü ilin iyul ayının 24-də Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak" Media Qrupunun ortaq layihəsi olan "Türk Dünyası" (TurkicWorld) media platformasının mərkəzi ofisinin açılış mərasimi baş tutub.

Məqalədə: #TurkicWorld

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.