6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xaricdə yaşayan azərbaycanlılar Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar xalqımıza başsağlığı verib

Diasporla İş üzrə Dövlət Komitəsi Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib.

25 Dekabr 2024 18:45
Xaricdə yaşayan azərbaycanlılar Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə əlaqədar xalqımıza başsağlığı verib

Bakı. AzerVoice

Diasporla İş üzrə Dövlət Komitəsi Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların yaxınlarına başsağlığı verib.

AzerVoice xəbər verir ki, başsağlığında qeyd olunub:

"Dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması, insanların faciəvi şəkildə dünyalarını dəyişməsi xəbəri biz xaricdə yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa arzulayırıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin baş vermiş hadisənin səbəblərini araşdıraraq müvafiq tədbirlər görəcəyinə əminliyimizi ifadə edirik.

Tarixən xalqımız öz birlik və bərabərliyi sayəsində bütün çətin günlərdən alnıaçıq çıxıb. Biz xaricdə yaşayan azərbaycanlılar belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduğumuzu bildiririk.

Uca Tanrı xalqımızı qorusun!"

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Məqalədə: #Diasporla İş üzrə Dövlət Komitəsi

Mövzu üzrə digər xəbərlər

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur
Cəmiyyət

Azərbaycan diaspor gəncləri Cenevrədə beynəlxalq platformada təmsil olunur

13 Avqust 16:05
Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov
Cəmiyyət

Diaspor gəncləri Azərbaycanın həqiqətlərinin müdafiəsində ön sırada olmalıdırlar - Fuad Muradov

2 Avqust 16:31
İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb
Siyasət

İsveç mediası Avropanın enerji təminatında Azərbaycanın rolundan yazıb

4 Aprel 14:04
Komitə sədri Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyətini qəbul edib
Siyasət

Komitə sədri Qars Təhsil və Mədəniyyət Vəqfinin nümayəndə heyətini qəbul edib

3 Aprel 20:48

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.