11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib

23-24 yanvar 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.

25 Yanvar 2025 15:25
Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib

Bakı, AzerVoice

23-24 yanvar 2025-ci il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli İclas keçirilib.

AzerVoice xəbər verir ki, iclasda Fondun üzv ölkələri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin Xarici İşlər və Mədəniyyət Nazirliklərinin nümayəndələri, həmçinin təşkilatın əməkdaşları iştirak edib.

Fondun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq təşkilatın 2024-cü il ərzində gördüyü işlərdən bəhs edib və xüsusilə vurğulayıb ki, Fond tərəfindən ötən il 74-dən çox layihə və tədbir həyata keçirilib. Bu konteksdə Aktotı Raimkulova: Astanada keçirilən Sammitin bəyannaməsinə əsaslanaraq Bişkekdə Alıkul Osmonovun ev-muzeyinin bərpa və rekonstruksiya işlərinin başa çatdırılması, “Türk Dünyasına Baxış 2040” sənədini və TURKTIME təşəbbüsünü rəhbər tutaraq Türk dünyası kataloqunun hazırlanması, Beşinci Dünya Köçəri Oyunlarının dəstəklənməsi, İstanbulda tarixi-memarlıq abidələri idarəçiləri üçün Türk mədəni irsinin idarə olunması ilə bağlı bilik və təcrübə mübadiləsi proqramının keçirilməsi, “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk ədəbiyyatının inciləri”, “Türk dünyasının elmi inciləri” kitab seriyalarının təsisi, Bakıda “Türk dünyasının tarixi-mədəni irsinin öyrənilməsi və qorunub saxlanılması – UNESCO nöqteyi nəzərindən” adlı beynəlxalq konfransın keçirilməsi, UNESCO-nun Parisdəki mənzil-qərargahında türk dünyasının görkəmli alimi Mahmud Kaşğarinin XI əsrdə qələmə aldığı «Dīwān Lughāt at-Turk» adlı türk dillərinin ilk ensiklopedik lüğətinin 950 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və sərginin keçirilməsini və digər bu kimi tədbirləri qeyd edib.

İclasın gündəliyinə türk xalqlarının mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.

Dövlət qurumlarının nümayəndələri və Fondun əməkdaşları qurumun normativ sənədlərinə dəyişiklikləri müzakirə edib, Fondun 2025 və 2026-cı illər üçün Fəaliyyət Planlarına daxil edilmiş türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpasına yönəlmiş layihələrin ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd olunmalıdır ki, cari il Fondun Şurasında Qazaxıstan Respublikası sədrlik edir və təşkilatın ikinci Şura toplantısı Fonda Üzv Dövlətlərin Mədəniyyət Nazirliklərinin iştirakı ilə 7 fevral 2025-ci il tarixində Astanada keçiriləcək.

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun mənzil qərargahında təşkilatın Şura toplantısına hazırlıq məqsədi daşıyan 2-ci Ekspert-Səviyyəli iclas keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
19:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.