13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib

18 Fevral 2025 16:56
“Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib

Bakı, AzerVoice

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), Dövlət İdarəçilik Akademiyasının və Beynəlxalq Osmanlı Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

Bu barədə AzerVoice-a Ombudsman Aparatından məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra ötən müddət ərzində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. O, ölkəmizdə tətbiq edilən yeni idarəetmə texnologiyaları sayəsində inklüziv cəmiyyətin formalaşdırılması, insan hüquq və azadlıqlarının, o cümlədən milli mənsubiyyət hüququnun təmini sahəsində ciddi nəticələrin qazanıldığını bildirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva salamlama nitqində ölkə Prezidenti tərəfindən imzalanmış müvafiq Sərəncama əsasən, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi elan edildiyini, bugünkü konfransın cari ildə bu mövzuya uyğun olaraq keçirilən ilk böyük tədbir olduğunu söyləyib.

Müvəkkil milli mənsubiyyət hüququ kimi məsələlərin müasir dövrdə olduqca vacib olduğunu qeyd edib, bu hüququn beynəlxalq hüquq normalarında öz əksini tapdığını diqqətə çatdırıb.

Ölkəmizin tarix boyu etnik təmizləmələrə, soyqırımlarına və işğallara məruz qaldığını diqqətə çatdıran Ombudsman bu baxımdan, milli mənsubiyyətin tanınmasının uzun illər ərzində pozulmuş hüquqların bərpası baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, XX əsrin əvvəllərində soyqırımına məruz qalmış xalqımızın həmin əsrin sonlarından etibarən yenidən Ermənistanın nifrət siyasətinin qurbanına çevrildiyini qeyd edib, vaxtilə Ermənistanda yaşamış 250 mindən çox azərbaycanlının etnik təmizləməyə məruz qalmasının, onların izlərinin əsrlərlə yaşadıqları ərazilərdən silinməsinin məhz həmin şəxslərin milli mənsubiyyət hüququnun pozulmasının, etnik nifrət siyasətinin bir göstəricisi olduğunu söyləyib.

Ombudsman Azərbaycanın həm milli kimliyin qorunması, həm də qlobal inteqrasiya sahəsində balanslı modelin yaradılması istiqamətində vacib səylər göstərdiyini qeyd edib, eyni zamanda, ölkəmizin uzun əsrlərdir davam edən tolerantlıq ənənələri və multikultural mühiti ilə dünya üçün bir nümunəyə çevrildiyini vurğulayıb.

Daha sonra Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, məşhur türkiyəli tarixçi, professor İlbər Ortaylı “Müstəqilliyə aparan yol: Türk dünyası və Azərbaycan münasibətləri kontekstində” mövzusunda çıxış edib. Professor tarix boyu Azərbaycan və Türkiyənin bütün sahələrdə birgə əməkdaşlıq çərçivəsində sıx əlaqələrinin mövcudluğunun digər dünya dövlətləri üçün nümunə olduğunu qeyd edib.

İlbər Ortaylı Azərbaycan, Türkiyə və bütövlükdə türk dünyasının ortaq tarixi barədə danışaraq türk xalqlarının öz milli-mənəvi dəyərlərinə hörmətlə yanaşdığını, əsrlər boyu öz milli kimliyini qoruyub saxladığını vurğulayıb.

Professor tarix boyu müxtəlif imperiyaların tərkibində yaşamış ermənilər tərəfindən azərbaycanlılara qarşı əsassız nifrət siyasətinin formalaşdırıldığını da xüsusi qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova “Qərbi azərbaycanlıların zorla çıxarılması və Ermənistan dövlətinin strateji məqsədləri” mövzusunda çıxış edib. O, azərbaycanlıların ötən əsr boyunca Ermənistandan deportasiya olunduğunu, həmin ərazilərdə dini, mədəni abidələrin məhv edildiyini bildirərək, soydaşlarımızın hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu qeyd edib. M.Hüseynova Ermənistandan qaçqın düşmüş soydaşlarımızın tarixi torpaqlarına qayıtmaq istəyinin onların beynəlxalq konvensiyalarla təsbit olunan hüququ olduğunu qeyd edib.

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, professor Solmaz Rüstəmova–Tohidi “Azərbaycanlıların milli mənsubiyyət hüququnun tanınması tarixi: Milli kimlikdən konstitusion hüquqa” mövzusunda çıxışında Cənubi Qafqazda azərbaycanlıların yeri, rolu və milli kimliyinin, milli mənsubiyyətin tanınması kimi məsələlərə tarixi-hüquqi prizmadan diqqəti çəkib.

Məqalədə: #Ombudsman Aparatı

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.