12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İlahiyyat İnstitutunun dosenti Gürcüstanda elmi konfransda iştirak edib

8 May 2024 17:14
İlahiyyat İnstitutunun dosenti Gürcüstanda elmi konfransda iştirak edib

Bakı,AzerVoice

Gürcüstanın Tiflis şəhərində 5-6 may 2024-cü il tarixində “Bölünmüş dünyada körpülər tikmək” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir “Baskerville” İnstitutu, “Brigham Young” Universiteti, Pakistan Müsəlman İnstitutu və “Stirling” Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

AzerVoice xəbər verir ki,Konfransda Amerika Birləşmiş Ştatları, Pakistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Qətər, Əfqanıstan, Pakistan, Rusiya və İrandan gəlmiş, müxtəlif sahələrdə tədqiqat aparan alimlər və filosoflar iştirak ediblər.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Dinşünaslıq” kafedrasının müdiri, f.f.d., dosent Anar Qafarov tədbirdə ölkəmizi təmsil edib. Alim konfransda “Dözümsüzlüyün aradan qaldırılmasında dini maarifləndirmənin rolu: Azərbaycan nümunəsi” (“The Role of Religious Education In Overcoming Intolerance: Case of Azerbaijan”) və “Harmoniya axtarışında: iman və ağlın səslərini uzlaşdırmaq: fəlsəfə və din baxımından birgəyaşayışın təməl dəyərlərinin təhlili” (Seeking Harmony: Reconciling the voices of faith and reason analysis on the fundamental values of coexistence in terms of philosophy and religion”) mövzularında məruzələr edib.

A. Qafarov müxtəlif ölkələrdə və cəmiyyətlərdə mədəni fərqliliyə yanaşmanın birmənalı olmadığını, dünyanın hələ də ciddi mənəvi böhran yaşadığını vurğulayıb. Həmçinin dözümsüzlüyün aradan qaldırılmasında dini-fəlsəfi maarifləndirmənin rolundan bəhs edib. O, multikulturalizm və birgəyaşayış fəlsəfəsi istiqamətində Azərbaycanın nümunə ölkələrdən biri olduğunu qeyd edib, respublikamızın bu istiqamətdə atdığı ciddi addımlardan, o cümlədən Aİİ-nin sözügedən sahədəki təhsil strategiyasından danışıb.

A.Qafarov “Harmoniya axtarışında: iman və ağlın səslərini uzlaşdırmaq: fəlsəfə və din baxımından birgəyaşayışın təməl dəyərlərinin təhlili” mövzusunda ikinci məruzəsində birgəyaşayış problemini fəlsəfi-dini aspektlərdən müzakirə obyektinə çevirib, onun təməl dəyərlərini təhlil edib. Həmçinin məruzədə məşhur filosof və din alimlərinin mövzu ilə əlaqədar fikir və yanaşmalarına müqayisəli şəkildə yer verilib.

İlahiyyat İnstitutunun dosenti Gürcüstanda elmi konfransda iştirak edib İlahiyyat İnstitutunun dosenti Gürcüstanda elmi konfransda iştirak edib

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.