6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olunub

17 May 2024 12:34
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olunub

Bakı. AzerVoice:

 “Müəllif Hüquqları Uğrunda” İctimayi Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bəstəkar  İlham Azmanlının “Ömrün 60 səhifəsi” adlı  yaradıcılıq gecəsi keçirilib.

AzerVoice xəbər verir ki, bəstəkarın sənətinə dəyər verən və onun yaradıcılığını dəstəkləyən incəsənət xadimləri, tələbə yoldaşları və musiqisevərlər tədbirdə aktiv iştirak edərək səmimi və maraqlı abu hava yaratdılar.

Tədbirin rəsmi hissəsində Az.Bİ, Az.YB və Az.JB-nin üzvü, Gənclər mükafatçısı, Prezident təqaüdçüsü Aysel Kərim, və Ap.Bİ-nın üzvü, AR Xalq artisti Azərbaycanın Fəxri Mədəniyyət işçisi, “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin üzvü  Sərdar Fərəcov çıxış edərək yubilyarı təbrik etdilər.

Daha sonra İlham Azmanlının çoxşaxəli yaradıcılığının bir hissəsi, instrumental əsərlər – royalda Respublika və Beynəlxalq müsabiqələr laureatı İnci Azmanlı, skripkada Respublika və Beynəlxalq  müsabiqələr laureatı Osman Mustafazadə, klarnetdə Beynəlxalq müsabiqələr laureatı  Məmməd Rəcəbli, fortopianoda  Afaq Qarayeva, Resbublika və Beynəlxalq müsabiqələr laureatı Mətanət Azmanlının və eləcə də  mahnı janrlarında yazdığı bəstələr  Respublikanın Xalq artisti Eyyub Yaqubov və Eyyubxan Təbrizlinin ifasında  tamaşaçılara yüksək peşəkarlıqla təqdim olundu.

Gecədə dəyərli sənətkarımız Akif İslamzadə, əməkdar artist Zakir Mirzəyev, bəstəkar, Az.Resp. Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, bəstəkar Elçin İmanov, bəstəkar, Respublikanın Əməkdar  İncəsənət xadimi Az.Bİ -nın və MHUİB-ini üzvü professor Məmmədağa Umudov, Əməkdar İncəsənət Xadimi, Az.Bİ -nin üzvü, professor Akif Quliyev, Musiqişünas-pedaqoq, Az. Resp-nın Əməkdar İncəsənət xadimi, sənətşunaslıq üzrə fəlsəfə doktoru, Az. Milli Konservatoriyanın  prorektoru, professor  Lalə Hüseynova, rejissor ,Əməkdar mədəniyyət işçisi Əli Usubov, Şair, tərcüməçi,esseist, AYB-nin üzvü və beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katib Səlim Babullaoğlu, yazıçı, şair, publisist Həmid Herisçi,  Az.Bİ-nin üzvü ,Az.Resp-nın  Əməkdar  artist Vüqar Camalzadə, Vaqif Əsədov  və bir çox dəyərli şəxslər iştirak edirdilər.

Tədbirin aparıcısı “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İctimai Əlaqələr üzrə mütəxəssisi Ayla Qafqazlı çıxışında tamaşaçıların nəzərinə çatdırdı ki, bəstəkar İlham Azmanlının əsərləri 1983-cü ildən etibarən müxtəlif vaxtlarda Bakı, Gəncə, Moskva, Sankt-Peterburq, Kiyev, Vilnyus, Almatı, Roma,  Amsterdam,  Hamburq,  Paris,  İstanbul və Ankara kimi şəhərlərdə ifa olunmuşdur. O, Fransa Bəstəkarlar Assosiasiasının vəkalətilə  Ümumdunya Müəllif  Hüquqları Assosiasiasının üzvüdür və bəstəkarın müəlliflik hüquqları bütün dünyada və kosmik məkanda qorunur.

Sonda yubilyar onun yaradıcılığına böyuk dəyər verən “Ömrün 60 səhifəsi” adlı  yaradıcılıq gecəsinin təşkilatçıları Müəllif Hüquqları Uğrunda İctimayi Birliyinnin bütün heyətinə və xüsusilə birliyin sədri Az.Resp-nın Əməkdar artisti, Az.Bİ-nın üzvü, Avrasiya Hüquq sahibləri Təşkilatları Konfederasiyasının (AHTK) Baş Direktoru Gövhər Həsən-zadəyə, “YAZ Media Group”-a və eləcə də bu əziz gündə onu tək qoymayan bütün həmkar və dostlarına dərin minnətdarlığını bildirdi.

Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olunub
Məqalədə: #İlham Azmanlı

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.