6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

UNESCO çərçivəsində Mahmut Kaşğarinin Divani Lüğat-it-Türk əsərinin 950 illik yubileyi qeyd olunacaq

4 İyun 2024 09:18
UNESCO çərçivəsində Mahmut Kaşğarinin Divani Lüğat-it-Türk əsərinin 950 illik yubileyi qeyd olunacaq

Bakı. AzerVoice:

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abbaqsqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Mahmud Kaşğarinin “Divani-lüğati-it türk” (Türk dillərinin izahlı lüğəti) əsəri etnoqrafik mənbə kimi” adlı dəyirmi masa keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə AMEA-dan bildirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev bildirib ki, Mahmud Kaşğari “Divani lüğat-it-türk” əsərini öz dövrünün ədəbi dili sayılan Xaqaniyyə dilində yazıb, burada 26 türk dialektində söz və nümunələr əksini tapıb.

Vurğulanıb ki, Kaşğari türk dili, tarixi, coğrafiyası, folkloru vә mifologiyası ilə bağlı ədəbi xәzinә yaradıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin genişləndiyini vurğulayan tarix elmləri doktoru deyib ki, Mahmud Kaşğari sanki min il əvvəl Şərqdə gedən siyasi hadisələrin mənzərəsini aydın görüb, bu proseslərin inkişaf istiqamətini böyük uzaqgörənliklə duyub.

Tədbirdə əsərin Azərbaycan dilində nəşrində xüsusi xidmətləri olan tanınmış alim, Ramiz Əsgərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd olunub ki, Kaşğarinin əsərinin dilimizə ilk tərcüməçisi özbək əsilli Xalid Səid Xocayev SSRİ EA-nın Azərbaycan filialında çalışıb, 1937-ci ildə repressiyaya məruz qalıb.

Tarix elmləri doktoru Güllü Yoloğlu bildirib ki, Mahmud Kaşğari 700 səhifəlik əsəri üzərində təqribən 15 il işləyib, onu 1083-cü ildə tamamlayıb. Orijinalı bilinməyən əsərin ən qədim əlyazması 1266-cı ildə Muhamməd ibn Əbu-Bəkr ibn Əbu-l-Fəth tərəfindən üzü köçürülüb və İstanbul Millət Kitabxanasında saxlanılır.

G.Yoloğlu deyib ki, “Divani Lüğat-it-Türk”ün 950 illik yubileyi, 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilib. Bu haqda qərar UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında verilib.

Çıxış edənlər bildirib ki, Mahmud Kaşğari atalar sözləri və şeirlərdən istifadə edib və bu baxımdan türk dillərinin zənginləşməsinə böyük töhfə verib.

Vurğulanıb ki, “Divani Lüğati-it-Türk” əsəri türk dillərinin tarixi inkişafını, leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə ilkin mənbələrdən biridir.

UNESCO çərçivəsində Mahmut Kaşğarinin Divani Lüğat-it-Türk əsərinin 950 illik yubileyi qeyd olunacaq
Məqalədə: #UNESCO #Mahmud Kaşğari #Dİvani Lüğat-it-Türk

Mövzu üzrə digər xəbərlər

Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb
Livan

Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb

31 İyul 21:08
İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib
Digər Dövlətlər

İsrail ordusu Livanın cənubundakı Kfar Təbnit qəsəbəsində güclü partlayış törədib

31 İyul 19:54
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Siyasət

Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

23 İyul 16:06
Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb
Mədəniyyət

Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfəri başlanıb

23 İyun 18:16

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.