8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

Proqramın hazırlanması “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən həyata keçirilir.

23 İyul 2026 16:06
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək

BAKI,VOA

Koreya Respublikasının Busan şəhərində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyası çərçivəsində Azərbaycan Respublikasının İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinə (SIDS) dəstək məqsədi daşıyan yeni beynəlxalq proqramı təqdim olunub.

Bu barədə Azərbaycan Respublikasının UNESKO yanında daimi nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, Ümumdünya İrs Mərkəzinin təşkilatçılığı ilə keçirilən “SIDS ölkələrinin Ümumdünya İrsi Strategiyası” mövzusunda yüksək səviyyəli tədbiri zamanı Azərbaycanın “Kiçik Ada Dövlətləri (SIDS) üçün Ümumdünya İrsi Yolunda Bacarıqların Artırılmasına Azərbaycan Respublikasının Beynəlxalq Texniki Yardım Təşəbbüsü” elan edilib.

Yeni təşəbbüs SIDS ölkələrinin institusional imkanlarının və peşəkar bacarıqlarının artırılmasına, kiçik ada dövlətlərinin unikal irs nümunələrinin UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi sahələrində ekspert və texniki dəstəyin göstərilməsinə yönəlib.

Proqramın hazırlanması “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən həyata keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev proqramın UNESCO-nun bu istiqamətdə həyata keçirdiyi mühüm fəaliyyətə əlavə töhfə vermək məqsədi daşıdığını və SIDS ölkələrinin konkret ehtiyacları nəzərə alınmaqla, xüsusilə iqlim dəyişikliklərinin Ümumdünya İrsinin qorunması üçün yaratdığı çağırışlara cavab vermək məqsədilə praktiki potensialın gücləndirilməsinə yönəlmiş dəstək mexanizmlərini təmin etdiyini bildirib. Qeyd olunub ki, proqram bu sahədə beynəlxalq təcrübəyə malik “Mədəniyyət və Təhsil üzrə Sertifikasiya İnstitutu” tərəfindən cəlb ediləcək peşəkar ekspertlər tərəfindən həyata keçiriləcək.

Tədbirdə çıxış edən Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou proqramın əhəmiyyətini vurğulayaraq, Azərbaycanın SIDS ölkələrinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycanın elan etdiyi təşəbbüs beynəlxalq həmrəyliyin gücləndirilməsi, ümumdünya mədəni və təbii irsinin qorunması sahəsində təcrübə mübadiləsinin təşviqi, eləcə də SIDS və digər həssas ölkələrin potensialının artırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Məqalədə: #UNESCO #Koreya Respublikası #Busan şəhəri #UNESCO-nun Ümumdünya İrs Komitəsinin 48-ci sessiyası

Mövzu üzrə digər xəbərlər

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Qətər

Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?

11:08
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Siyasət

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

10:17

Son Xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
16:20
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.