14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu

6 Avqust 2024 19:02
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu

Bakı. AzerVoice

Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub.

AzerVoice xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, azad olunduqdan sonra Ağdam və Zəngilan məscidlərinə ilk dəfə din xadimləri təyin olunub.

Avqustun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağdam şəhər Cümə məscidi və Zəngilan məscidinə imam vəzifəsinə təyin olunmuş Mehman Nəsirov və Müşfiq Fərzəliyevlə görüşüb.

Dövlət Komitəsinin sədri Qarabağ və Şərqi Zəngəzurda tikilən məscidlərə imamların təyin edilməsinin 30 ilə yaxın düşmən işğalında qalan torpaqlara yenidən həyatın qayıtdığını göstərən növbəti fakt olduğunu vurğulayıb.

R.Məmmədov İslam dininin əsaslarının olduğu kimi insanlara çatdırılmasında, dini və ideoloji sahədə aparılan maarifləndirmə işlərində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Bildirib ki, azərbaycançılıq ideyalarının təbliği, milli-mənəvi dəyərlərin, tarixi-dini ənənələrin qorunması din xadimlərinin fəaliyyətinin əsas istiqamətlərini təşkil etməlidir.

Din xadimləri işğaldan azad olunmuş ərazilərdə tikilən məscidlərə təyin olunmalarından qürur duyduqlarını vurğulayıblar. Dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək, məscidlər və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olundu
Məqalədə: #Zəngilan #Ağdam

Mövzu üzrə digər xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

13 Sentyabr 19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

13 Sentyabr 09:00

Son Xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
09:00
Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.