15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Məhkəmə İTV-ni cərimələdi

15 Avqust 2024 15:03
Məhkəmə İTV-ni cərimələdi

Bakı,AzerVoice

Məhkəmə İTV-ni cərimələyib.

Bu barədə AzerVoice-a Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin “İTV” televiziya redaksiyasının (kanalının) efirində 04 may 2024-cü il tarixdə 13.00–13.24 saat aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında qanunvericiliyin tələblərinin pozulması faktı aşkarlanmışdır. Həmin proqramın yayımı zamanı aparıcının masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir etməsi və həmin şəhərə gələndə onun içilməsini tövsiyə etməsi faktı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun 4.2.3-ci maddəsində öz əksini tapmış “uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya” olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə uyğun olaraq “18+” yaş kateqoriyasına aid informasiya məhsulu televiziya və radio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilir.

“İTV” televiziya redaksiyası proqramın yayımı zamanı qeyd olunan qanunvericilik tələblərinə riayət etməmiş və bununla da, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 2 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəməyə göndərilmişdir. 13 avqust 2024-cü il tarixində Yasamal Rayon Məhkəməsində işə baxılmış və məhkəmənin müvafiq qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti üç min manat məbləğində cərimə edilmişdir.

Məhkəmə İTV-ni cərimələdi
Məqalədə: #İctimai Televiziya və Radio Yayımları Şirkəti

Mövzu üzrə digər xəbərlər

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

14 Sentyabr 12:29

Son Xəbərlər

İordaniya və NATO birgə təlimə hazırlaşır
İordaniya və NATO birgə təlimə hazırlaşır
13:17
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
13:04
Bu saata olan əsas xəbər başlıqları
Bu saata olan əsas xəbər başlıqları
13:00
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
Sədəqə nədir və necə verilməlidir? – Bəqərə surəsindəki mühüm mesaj
13:00
Mənsur bin Zayed Angola Prezidentilə danışıb
Mənsur bin Zayed Angola Prezidentilə danışıb
12:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.