7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb

9 Sentyabr 2024 18:07
Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb

Bakı, AzerVoice

Sentyabrın 9-da Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu öz işinə başlayıb.

AzerVoice  xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.

Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bu günü Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycanın gücünün və birliyinin ifadəsidir.

Ölkəmizin müstəqillik tarixindən və inkişaf yolundan danışan R.Hüseynov respublikamızın öz istiqlal yolunu və xəttini seçməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi ilə Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycanı daha da möhkəmləndirdi, dövlətimizin regionda və dünyada nüfuzu daha da gücləndi.

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən söz açan akademik qeyd edib: “Vətən müharibəsində Zəfərimiz dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlıları bir-birinə daha da yaxınlaşdırdı. Dünyanın 51 ölkəsində 561 diaspor təşkilatımız vardır. Təşkilatlanma çox mühüm addımdır. Bu Foruma çoxdandır hazırlıq gedir. Alimlərimizin ürəyi həmişə Azərbaycanın yanındadır”.

Akademikin sözlərinə görə, azərbaycanlı alimlərin birliyi ölkəmizin zəka gücünün artması deməkdir.

Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.

ADA Universitetinin fəaliyyətindən danışan rektor rəhbərlik etdiyi ali təhsil ocağının səmərəli yol keçərək yeniliklər yaratdığını qeyd edib və bildirib ki, bu yol asan olmayıb. Onun sözlərinə görə, sovet dövründə ölkəmizdə elm və təhsil çox yaxşı inkişaf etdirildi. Bakı Dövlət Universitetinə xaricdən alim və mütəxəssislər cəlb edildi. Dəqiq elmlər sahəsində də mütəxəssislərə ehtiyac vardı və bu ehtiyac SSRİ-dən olan alimlərin hesabına yerinə yetirilirdi.

Rektor bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün sahələr kimi elm və təhsil sahəsində də yeniliklərin tətbiq edilməsi zərurəti yarandı.

“Elm çox cəlbedici bir sahədir. Azərbaycan elminin səviyyəsinin yenidən qalxması, peşəkar kadrların yetişdirilməsi üçün nələri etmək lazım olması barədə düşünmək lazımdır. Hazırda çox istedadlı gənclərimiz yetişir. Həmin gənclərin elmimizə, təhsilimizə töhfə verəcəklərindən əminik”, - deyə Hafiz Paşayev qeyd edib.

ADA-nın rektoru Azərbaycan elminin, təhsilinin nüfuzunun daha da artırılması üçün alimlərimizdən təkliflər gözlədiyini də əlavə edib.

Əməkdar elm xadimi, Münxen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, forumun təşkilində məqsəd Azərbaycan elminin inkişafına töhfə vermək, peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır.

Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq”, - deyə azərbaycanlı alim qeyd edib.

Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya

Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb Bakıda Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun ilk günü başa çatıb
Məqalədə: #Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
Cəmiyyət

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev

11:00
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00

Son Xəbərlər

Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
Prezident Aun İsrailin Livana hücumlarını “əsassız cinayətlər” adlandırıb
18:21
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
18:17
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
Oman hücuma məruz qalan Səudiyyə gəmisinin 16 heyət üzvünü xilas edib
18:13
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
18:05
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.