8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

COP29-un növbəti tərəfdaşı “Silk Way West Airlines” olub

18 Sentyabr 2024 12:38
COP29-un növbəti tərəfdaşı “Silk Way West Airlines” olub

Bakı, AzerVoice

Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti COP29-un hava nəqliyyatı ilə qlobal yük daşımaları üzrə tərəfdaşı olacaq. Bu isə “Silk Way West Airlines” aviaşirkətinin dayanıqlı təcrübə və qlobal iqlim məqsədləri ilə bağlı əzmkarlığını nümayiş etdirir.

 AzerVoice xəbər verir ki, logistika sahəsində mürəkkəb tapşırıqların həyata keçirilməsi üzrə zəngin təcrübəyə malik olan və qlobal yük daşımaları sahəsində Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı avia yükdaşıma şirkətlərindən biri olan “Silk Way West Airlines” COP29 Azərbaycan Əməliyyat Şirkətinin avia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib.

İri qabaritli və mühüm yüklərin hava nəqliyyatı ilə daşınması sahəsində ixtisaslaşan və 500 000 tondan artıq illik yük dövriyyəsinə malik olan “Silk Way West Airlines” aviaşirkəti Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerikanı əhatə edən 40-dan çox marşrut üzrə kompleks yükdaşıma xidmətlərini təklif edir. Bu tərəfdaşlıq “Silk Way West Airlines” aviaşirkətinin dayanıqlılıq, səmərəlilik və qlobal əməkdaşlıq kimi əsas dəyərlərini əks etdirir və onun ekoloji təsirlərini minimuma endirmək əzmini daha da gücləndirir.

Yaradılan bu imkandan istifadə etməklə, COP29-un tərəfdaşları qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər. Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində mühüm və həlledici rol nümayiş etdirə bilərlər.

Yaşıl Zonada COP29 tərəfdaşlarına builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, qarşılıqlı əlaqələrin qurulması imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və qarşılıqlı əlaqələrin qurulması imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşların elan edilməsi ilə bağlı bunları bildirib: “Biz böyük məmnuniyyətlə bildiririk ki, “Silk Way West Airlines” aviaşirkəti Azərbaycanda keçiriləcək COP29 tədbirinin avia yükdaşımaları üzrə tərəfdaşı təyin edilib. Bu konfrans qlobal iqlim sazişlərinin irəliləməsi, uzaqgörən iqlim strategiyalarının reallaşdırılması və daha yaşıl gələcək naminə beynəlxalq əməkdaşlığın artırılması üçün unikal platforma təklif edən transformativ tədbirdir. “Silk Way West Airlines” aviaşirkəti ilə əməkdaşlığımız COP29 çərçivəsində qarşıya qoyulan məqsədlərimizə nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir və iqlim sahəsində mühüm nailiyyətlər əldə etmək üçün birgə çalışmaq imkanı bizi ruhlandırır”.

“Silk Way West Airlines” aviaşirkətinin prezidenti Zaur Axundov COP29-un tərəfdaşı olduqlarını bəyan edərkən bildirib: “Biz COP29-un qlobal avia yükdaşımaları üzrə tərəfdaşı olmaqdan qürur duyuruq. “Silk Way West Airlines” aviaşirkətində gördüyümüz hər bir işin mərkəzində dayanıqlılıq dayanır və bu tərəfdaşlıq yüklərin hava nəqliyyatı ilə daşınması zamanı ətraf mühitə dəyən təsirləri azaltmaq əzmimizi əks etdirir. Bu əlamətdar tədbirdə iştirak etməklə, biz qlobal logistika sənayesi üçün daha yaşıl gələcəyə töhfə vermək və Azərbaycanın ekoloji məqsədlərini dəstəkləmək niyyətindəyik”.

Azərbaycanda keçiriləcək COP29 tədbirinin Yaşıl Zonasında iştirak etmək və tərəfdaş olmaq hələ də mümkündür. Yaşıl Zona haqqında daha ətraflı məlumat üçün: COP29 Yaşıl Zona | 11 - 22 noyabr 2024

COP29-un növbəti tərəfdaşı “Silk Way West Airlines” olub
Məqalədə: #COP-29

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir
Siyasət

Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

4 Dekabr 2025 18:24
Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan-İspaniya və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri müzakirə olunub

20 Avqust 2025 15:29
Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən məmnunuq - Ceyhun Bayramov
Siyasət

Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən məmnunuq - Ceyhun Bayramov

24 İyul 2025 14:10
"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev
İqtisadiyyat

"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev

16 Noyabr 2024 10:25

Son Xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.