4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub

20 Sentyabr 2024 21:58
BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub

Bakı. AzerVoice

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının iqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi Endryu Harperin iştirakı ilə ADA Universitetində "İqlim böhranının təsirləri: Didərginlik və artan risklər" mövzusunda sessiya keçirilib. "29 İqlim Söhbətləri: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində təşkil olunan bu sessiyada iqlimlə əlaqədar didərgin düşmüş icmaların himayəsinin və onların qlobal iqlim siyasətinə daxil edilməsinin vacibliyi vurğulanıb.

Universitetdən AzerVoice-ə verilən məlumata görə, ADA Universitetinin prorektoru Dr. Fariz İsmayılzadə iştirakçıları salamlayaraq iqlim dəyişikliyi və didərginlik məsələlərini həll etmənin vacibliyini qeyd edib. BMT-nin Azərbaycan üzrə Rezident Koordinatorunun vəzifəsini müvəqqəti icra edən Nasar Hayat qonağı təqdim edərək, onun BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının iqlim böhranına cavab tədbirlərini və böyük qaçqın böhranlarını idarə etməsindəki mühüm rolundan danışıb.

ADA Universitetinin professoru Damjan Krnyeviç Mişkoviç tərəfindən aparılan interaktiv sessiyada Harper münaqişələr nəticəsində didərgin düşən insanların, eləcə də iqlim dəyişikliyindən təsirlənənlərin həssaslığını vurğulayıb. O qeyd edib ki, qadınlar və uşaqlar kimi didərgin düşmüş icmalar resurs çatışmazlığı və uyğunlaşma qabiliyyətinin olmaması səbəbindən çətinlikliklərlə qeyri-mütənasib şəkildə üzləşirlər. Müzakirələrdə, xüsusilə COP29 ərəfəsində, bu həssas əhali üçün iqlim maliyyəsinin ayrılmasının və onların qlobal iqlim siyasətinə daxil edilməsinin vacibliyi vurğulanıb.

İtki və Zərər Fondu İdarə Heyətinin üçüncü iclasında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində Harper COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un baş danışıqçısının müşaviri, səfir Elşad İsgəndərovla görüşüb. Müzakirələrdə Azərbaycanın COP29-a hazırlıqları ilə yanaşı, zorla didərgin salınan əhalinin İtki və Zərər Fondu, adaptasiya mexanizmləri və COP danışıqları çərçivəsində məsləhətləşmələrdə və qərar qəbuletmə proseslərində iştirakının zəruriliyi vurğulanıb.

Harper, xüsusən iqlim dəyişikliyi və didərginlik vəziyyətinin təsirlərinə ən çox məruz qalan qadınlar və uşaqlar üçün fiziki təhlükəsizlik məsələlərinin həllinin vacibliyini qeyd edib. Azərbaycanın iqlim məsələlərinin qlobal həlli istiqamətindəki liderliyinə və əhəmiyyətli töhfələr verəcəyinə nikbin yanaşdığını bildirən Harper, həssas durumda olan icmaların himayə olunması və iqlim maliyyələşdirməsini gücləndirmək üçün qlobal əməkdaşlığın və daha güclü maliyyə dəstəyinin əhəmiyyətindən danışıb.

BMT-nin təşəbbüsü ilə "29 İqlim söhbəti: COP29-a gedən yol" tədbirlər silsiləsi, Bakıda 2024-cü ilin noyabrında keçiriləcək COP29-a hazırlıq məqsədi ilə müxtəlif sahələr üzrə əməkdaşlığı və dialoqu inkişaf etdirməyə xidmət edir.

BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub BMT-nin Qaçqın Agentliyinin yüksək səviyyəli rəsmisi ADA Universitetində olub
Məqalədə: #BMT #ADA Universiteti #Muxtar Babayev

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat
Cəmiyyət

Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

2 Sentyabr 11:29
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33

Son Xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.