Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edir - Muxtar Babayev
Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edən ümumi çağırışdır .
İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev
Bunu cümə günü Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardan kənarda: COP-un dayanıqlılıq uğrunda mübarizə"adlı panel iclasında bildirib.
Muxtar Babayev COP30-da iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib
COP29-un prezidenti Muxtar Babayev Belendə keçirilən COP30 konfransının açılışını edərək iqlim maliyyələşməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış edib.
Avropaya təmiz enerji çatdıra bilərik - Muxtar Babayev
Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də Avropaya təmiz enerji çatdıra bilərik.Bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
Bakıda İqlim Fəaliyyəti Həftəsinin 2-ci günü start götürüb
2-ci Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü start götürüb. tədbirdə COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və digər rəsmi şəxslər çıxış edəcəklər.
COP29 prezidenti Azərbaycan QHT-lərinin pavilyonuna baş çəkib
COP29 prezidenti Muxtar Babayev 2024-cü il noyabrın 16-da Azərbaycan Milli QHT Forumunun Yaşıl Zonada yerləşən pavilyonuna baş çəkib.
Parlamentlər iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər - Muxtar Babayev
Parlamentlər iqlim dəyişmələri problemlərinin aradan qaldırılmasında mühüm rol oynaya bilər.
"Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır - Muxtar Babayev
Beynəlxalq Telekommunikasiya İttifaqı və COP29 sədrliyi tərəfindən irəli sürülən "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsi fəaliyyətə çağırışdır.
Azərbaycan iqtisadi inkişafı iqlim fəaliyyəti ilə əlaqələndirir - Muxtar Babayev
Azərbaycan iqtisadi inkişafı iqlim fəaliyyəti ilə əlaqələndirir və iqlim dəyişikliyinin artan təsirlərinə uyğunlaşır.
COP29 kiçik ada ölkələrinin iddialı iqlim hədəflərini dəstəkləyir - Muxtar Babayev
"Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 Konfransı sizin iştirakınızı dəstəkləyən və səslərinizi ən yüksək səviyyəyə qaldıran əlverişli konfrans kimi nəzərdə tutulub. Biz COP29 zamanı və sonrakı dövrdə tərəfdaşlığın qurulmasını səbirsizliklə gözləyirik", - o qeyd edib.
2030-cu ilə qədər qlobal enerji saxlama gücünü 6 dəfə artırmağa çağırırıq - Muxtar Babayev
"Dünyanın aparıcı iqlim platforması olaraq, COP29 iqlim dəyişikliyinin təsirlərinin yüngülləşdirilməsi tədbirləri barədə susa bilməz və susmayacaq. Beynəlxalq Enerji Agentliyi ilə birgə bu gün ədalətli və tənzimlənmiş keçid üçün fəaliyyət çağırışlarını dərc etdik. Biz bütün tərəfləri 2030-cu ilə qədər qlobal enerji saxlama güclərini 6 dəfə artırmağa çağırırıq", — o qeyd edib.