13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

Bunu cümə günü Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardan kənarda: COP-un dayanıqlılıq uğrunda mübarizə"adlı panel iclasında bildirib.

13 Mart 2026 13:12
İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

BAKI,VOA

İqlim maliyyələşdirilməsi bu sahədə proqramlar və ümumilikdə iqlim gündəliyində islahatların aparılması üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir.

VOA xəbər verir ki, bunu cümə günü Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Danışıqlardan kənarda: COP-un dayanıqlılıq uğrunda mübarizə"adlı panel iclasında bildirib.

Onun sözlərinə görə, çoxtərəfli əməkdaşlıq böyük təzyiq altındadır və BMT-nin bütün sistemi ciddi gərginlik yaşayır. Buna görə də yalnız müsbət qərarlar qəbul etmək deyil, həm də onların real həyata keçirilməsinə nail olmaq üçün sıx əməkdaşlıq son dərəcə vacibdir.

O xatırladıb ki, Bakıda keçirilən COP29 çərçivəsində İtki və Zərərə cavab verən Fondun fəaliyyətə başlaması barədə razılıq əldə olunub, həmçinin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard dollar maliyyə vəsaitinin səfərbər edilməsi üzrə maliyyə hədəfi razılaşdırılıb və 1,3 trilyon dollar həcmində iqlim maliyyələşməsinin səfərbər olunmasına dair praktiki plan təqdim edilib.

Muxtar Babayev qeyd edib ki, İtki və Zərərə cavab verən Fond ilə bağlı hazırda qəbul edilmiş qərarların icrasına nəzarət aparılır.

“İlk illərdə donorlar tərəfindən İtki və Zərərə cavab verən Fonda kifayət qədər aktiv vəsait axını müşahidə olunurdu. Lakin ötən il bu prosesin tədricən intensivliyini itirdiyi nəzərə çarpdı. Bu fond, ilk növbədə, inkişaf etməkdə olan kiçik ada dövlətlərə və digər ən həssas ölkələrə böyük fəlakətlərdən sonra iqtisadiyyatlarını və sosial həyatlarını bərpa etməyə kömək etmək məqsədilə vəsait toplayır”, – deyə o əlavə edib.

Eyni zamanda M.Babayev vurğulayıb ki, inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard dollar vəsaitin səfərbər olunması barədə qərar, eləcə də 1,3 trilyon dollar iqlim maliyyəsinin ayrılması üzrə praktiki plan hazırda ciddi təzyiq altındadır.

“Dünya üzrə siyasətçilər getdikcə daha çox maliyyə öhdəliklərinin prioritetlərini yenidən nəzərdən keçirməyi düşünürlər. 2024-cü ildə Bakıda donorların 100 milyon dollar vəsait ayırmaq və 2035-ci il hədəflərinə doğru irəliləməni davam etdirmək barədə qərar qəbul etdiyi unikal bir mühit mövcud idi. Lakin hazırda, təəssüf ki, bu qərarlarla bağlı geri addımlar atıldığı barədə məlumatlar eşidirik və bu vəsaitlərin real nəticələrini görmək üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2025-ci ilin yekunlarına dair hesabatını gözləyirik.

Biz başa düşürük ki, bu gün digər çağırışlar – dövlətlərin təhlükəsizliyi, müdafiə məsələləri və hərbi mövzular getdikcə daha çox diqqəti və maliyyə resurslarını özünə cəlb edir. Ölkələr bu təhdidlərdən, müharibə və münaqişələrdən necə qorunmaq barədə daha çox düşünürlər. Lakin həyat dəyişir və hamımız bu dəyişikliklər şəraitində yaşayırıq. Biz uyğunlaşmalıyıq, lakin eyni zamanda investisiya qoymalı və maliyyələşməni təmin etməliyik. Çünki maliyyə dəstəyi olmadan bütün addımlarımız və fəaliyyətimiz, təəssüf ki, problemin real həllinə və nəticələrin əldə olunmasına gətirib çıxarmayacaq”, – deyə Muxtar Babayev yekunlaşdırıb.

Məqalədə: #Azərbaycan #Muxtar Babayev #COP29 #XIII Qlobal Bakı Forumu

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.