9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

COP29 iqlim maliyyəsi məsələlərində sıçrayış oldu - Muxtar Babayev

12 Aprel 2025 16:59
COP29 iqlim maliyyəsi məsələlərində sıçrayış oldu - Muxtar Babayev

BAKI,AzerVoice

COP29 ərəfəsində bir çoxları dünya ölkələrinin razılığa gələ biləcəyinə və Azərbaycanın uğur qazana biləcəyinə şübhə edirdilər – onlar hər iki baxımdan yanıldılar.

AzerVoice xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev IV Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.

“Bugünkü qlobal geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir”, - o, "Yeni dövrdə İqlim Diplomatiyası və Enerji Təhlükəsizliyi" panelində çıxışı zamanı qeyd edib. "Biz uğursuzluqlarla üzləşirik. Sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yüksək temperaturun qeydə alındığı ilk təqvim ilindən sonra gələcəyə dair şübhələr getdikcə artır".

Muxtar Babayev Bakıda keçirilən COP29-un nəticələrini dönüş nöqtəsi adlandırıb. Əsas nailiyyətlər arasında o, Bakı Maliyyə Məqsədinin qəbul edilməsini - 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dolları vəsaitin səfərbər edilməsini, İtki və Zərər Fondunun fəaliyyətə başlamasını, həmçinin, karbon bazarları və şəffaflıq sahəsində irəliləyişləri xüsusi qeyd edib.

“Bu nailiyyətlər sübut etdi ki, ölkələr razılaşa bilər. Onlar göstərdilər ki, çoxtərəfli proses işləyir və real nəticələr verə bilər. Bu, qlobal iqlim maliyyəsi üçün trilyonlarla dolları azad etməyə kömək edəcək", - o bildirib.

Onun sözlərinə görə, bir çox dövlətlər iqlim gündəliyinə sadiq qalırlar:

"Çoxtərəfli görüşlərdə - Berlindən Tokioya qədər - rəsmilər dəstək nümayiş etdirməkdə davam edir. Birlikdə qalmaq və irəli getmək istəyi var".

Gələcək addımlardan danışan M.Babayev növbəti iqlim sammitinə ev sahibliyi edən ölkə kimi Braziliyanın dəstəklənməsinin vacibliyini qeyd etdi.

"Biz Braziliyanı dəstəkləməliyik. Danışıqların uğurlu nəticəsi dünyanın hələ də ümumi dil tapa bildiyinə dair mühüm siqnal olacaq", - o deyib.

M.Babayev 2025-ci ilin prioritetləri sırasında 2035-ci ilədək iqlimin maliyyələşdirilməsinin həcmini ildə 1,3 trilyon dollara çatdırmaq olan "Bakı-Belem Yol Xəritəsi”nin Braziliya ilə birgə işlənib hazırlanmasını xüsusi qeyd edib.

O, həmçinin, donor ölkələri 300 milyard dollarlıq hədəfə nail olmaq üçün aydın planlar təqdim etməyə çağırıb və şəffaf və etibarlı milli iqlim planlarına ehtiyac olduğunu vurğulayıb:

"Bu hesabatlar bir fürsətdir. Etibarlı və inandırıcı sənədlər yaşıl sərmayələrə yaşıl işıq yandırır", - deyə o yekunlaşdırıb.

Məqalədə: #Muxtar Babayev #COP29 #Antalya Diplomatik Forumu

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
BMT Liviyada seçkilərlə bağlı razılaşmanı müsbət qiymətləndirib
09:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.