10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edir - Muxtar Babayev

Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edən ümumi çağırışdır .

23 Aprel 2026 10:37
Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edir - Muxtar Babayev

BAKI,VOA

Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edən ümumi çağırışdır .

VOA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Astanada keçirilən “Regional Ekoloji Sammiti 2026”da (RES 2026) çıxışı zamanı deyib.

“Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Xəzər dənizində su səviyyəsinin azalması probleminə həsr olunmuş yüksək səviyyəli nazirlər tədbiri təşkil edib. Bu tədbir Xəzəryanı dövlətləri, BMT-nin Ətraf Mühit Proqramını (UNEP), beynəlxalq təşkilatları və donorları regional əməkdaşlıq və strategiyaların müzakirəsi üçün bir araya gətirdi. Bu, məsələnin qlobal müstəviyə çıxarılması baxımından mühüm addım idi. Tədbirin sonunda Xəzəryanı dövlətlərin Bəyannaməsi qəbul olundu və bu sənəd həmin sahədə əməkdaşlığın gücləndirilməsi üzrə ilk kollektiv öhdəlik oldu”, – M. Babayev bildirib.

Onun sözlərinə görə, bu bəyannamə əsasında Tehran Konvensiyasının Katibliyi 2026–2036-cı illəri əhatə edən sənəd – qarşıdakı on il üçün əlaqələndirilmiş tədbirlər çərçivəsini nəzərdə tutan onillik fəaliyyət planı hazırlayıb.

M.Babayev qeyd edib ki, Azərbaycanın müraciəti əsasında UNEP tərəfindən Xəzər dənizinin səviyyəsinin dəyişməsi və iqlim dəyişikliyi ilə bağlı işçi sənəd də hazırlanaraq COP29-da təqdim olunub.

“Belendə keçirilən COP30 çərçivəsində Azərbaycan bu mövzu üzrə artıq ardıcıl üçüncü nazirlər dialoqunu təşkil edib və onun yekununda da birgə səylərin mühüm davamı kimi növbəti bəyannamə qəbul olunub”, – deyə Babayev əlavə edib.

O bütün tərəfdaşların iştirakının vacibliyini vurğulayıb və Xəzəryanı dövlətləri, eləcə də beynəlxalq təşkilatları sözlərdən praktiki addımlara keçməyə çağırıb.

Məqalədə: #Muxtar Babayev #COP29-un Prezidenti #Xəzər dənizində su səviyyəsi

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.