Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı
5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (“WUF13”) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.
Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlər müzakirə olunub
Karolin Ramaekers 13–14 noyabr tarixlərində Azərbaycana etdiyi səfəri başa vurub.
Media nümayəndələri üçün Süni intellektin mediada tətbiqi mövzusunda seminarlara başlanılıb
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Süni intellektin mediada tətbiqi” mövzusunda iki gün davam edəcək seminarlara başlanılıb.