10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub

22 Dekabr 2023 21:43
XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub

Bakı. AzerPress:

18-22 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub.

Xarici İşlər Nazirliyindən AzerPress-ə bildirilib ki, 18 dekabr tarixində diplomatiya həftəsi iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək Ulu Öndər Heydər Əliyevin, habelə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrini dərin hörmət və minnətdarlıqla yad ediblər.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, ADA Universitetinin rektoru Hafiz Paşayevin iştirakı ilə layihənin açılış mərasimi keçirilib.

Layihənin Ulu Öndərin həyatı, daxili siyasəti və parlamentarizmin inkişafında xidmətlərinə həsr olunmuş ilk günü çərçivəsində iştirakçılar Azərbaycan Respublikası Prezidentinin Katibliyinin sabiq rəisi Dilarə Seyidzadə, Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ilə görüşüb, Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “İz” sənədli filmini izləyib, habelə Heydər Əliyev Mərkəzinə səfər ediblər.

“Diplomatiya Həftəsi”nin Ümummilli Liderin xarici siyasəti, habelə ordu quruculuğu fəaliyyətinə həsr olunmuş ikinci günü ərzində iştirakçıların Azərbaycan Respublikasının sabiq Baş naziri və xarici işlər naziri Həsən Həsənov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə ilə görüşləri, habelə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Hərbi Qənimətlər Parkına səfərləri təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin iqtisadi inkişaf və milli neft strategiyası barədə diplomatiya könüllülərinin məlumatlılığının artırılması məqsədilə iştirakçıların BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəis müavini Emin Axundzadə ilə görüşləri, SOCAR-ın inzibati binası və Heydər Əliyev adına Neft Emalı Zavoduna səfərləri həyata keçirilib.

Layihənin Ümummilli Liderin təhlükəsizlik orqanlarında fəaliyyəti, Yeni Azərbaycan Partiyasının yaradılmasında rolu, gənclər siyasəti, milli mətbuat və mədəniyyətin inkişafında xidmətlərinə həsr olunmuş dördüncü günü çərçivəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Dövlət Televiziyasının sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin sədri Vüqar Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi polkovnik Elşad Nəsirov, DTX-ın “Alyans” Veteranlar Birliyinin sədr müavini polkovnik Əli Orucov, Yeni Azərbaycan Partiyasının nümayəndələri, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini Yaşar Hüseynli ilə görüşlər keçirilib, Azərbaycan Dövlət Televiziyası və Azərbaycan Dövlət İnformasiya Agentliyinə səfərlər təşkil olunub.

Layihənin 5-ci günü təşkil olunan bağlanış mərasimində xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə və Kadrlar idarəsinin rəisi Raman Məmmədov iştirak və çıxış ediblər. Bağlanış mərasimində yeni qəbul olunmuş “Diplomatiya Könüllüləri”nə fəaliyyətlərində uğurlar arzulanıb, layihə iştirakçılarının çıxışları dinlənilib.

Tədbirin sonunda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub XİN və ADA Universitetinin birgə təşkilatçılığı ilə yeni qrup "Diplomatiya Könüllüləri" üçün Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş diplomatiya həftəsi təşkil olunub
Məqalədə: #Xarici İşlər Nazirliyi #ADA Universiteti

Mövzu üzrə digər xəbərlər

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Tarixdə bu gün

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
09:00
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
09:00
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
08:03
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.