12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (“WUF13”) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.

5 Fevral 2026 17:55
Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

BAKI,AzerVoice

5 fevral 2026-cı il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında şəhərsalma və memarlıq sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzerVoice-ə verilən məlumata görə, sənədi Komitənin sədri Anar Quliyev və Universitetin rektoru Hafiz Paşayev imzalayıblar.

Anlaşma Memorandumu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (“WUF13”) çərçivəsində akademik tərəfdaşlığın genişləndirilməsi, şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, akademik proqram və kursların dizaynı, həmçinin tələbələr və akademik heyət üçün təlim və inkişaf proqramlarının təşkili kimi sahələrdə əməkdaşlıq istiqamətlərini əhatə edir.

Qeyd olundu ki, akademik ictimaiyyət ümumilikdə “WUF13”ün əsas iştirakçı qruplarından biridir və forum müddətində keçiriləcək tədbirlərdə yerli və beynəlxalq akademik heyətin fəal iştirakının təmin edilməsi istiqamətində birgə tədbirlərin təşkili nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə ADA Universiteti arasında uzun müddətdir davam edən əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetində dizayn və memarlıq fakültəsinin açılmasının ölkədə urbanistik mühitin keyfiyyətinin artırılmasına, habelə müasir memarlıq, şəhərsalma və dizayn sahələri üzrə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcəyi vurğulandı.

Qeyd edildi ki, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ADA Universiteti arasında əməkdaşlığın əhəmiyyətini artırmaqla yanaşı, bu istiqamətdə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinə zəmin yaradır.

3 il müddətinə bağlanan Memorandum tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər, və şəhərsalma və memarlıq sahəsində elmi potensialın artırılmasına, beynəlxalq təcrübənin ölkədə tətbiqinə və Azərbaycanın qlobal urbanistik platformalarda fəal iştirakına xidmət edəcək.

İmzalanma mərasimindən sonra Komitə sədri Anar Quliyev İtaliya-Azərbaycan Universitetinin yeni tədris korpusu ilə tanış olub.

Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı
Məqalədə: #Azərbaycan #ADA Universiteti #Hafiz Paşayev #Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Mövzu üzrə digər xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.