6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”-nin 4-cü gününə start verilib

3 Oktyabr 2024 11:52
Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”-nin 4-cü gününə start verilib

Bakı, AzerVoice

Bu gün Bakıda COP29-a həsr olunmuş “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi” çərçivəsində keçirilən beynəlxalq konfransın dördüncü gününə start verilib.

 AzerVoice xəbər verir ki, konfransın 4-cü günündə əsas mövzular "Qlobal metan emissiyalarının azaldılmasının təşviqi (AGMR) - təsir üzrə konfrans", "Azərbaycanda İqlim Dəyişmələri üzrə Universitet Şəbəkəsinin (AUNCC) yaradılması istiqamətində", və "İqlim və Təmiz Hava Koalisiyası (CCAC)" olub.

Çıxış edənlər arasında COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, COP29-un gənclər iqlim çempionu Leyla Həsənova, Britaniya Şurasının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev, PAŞA Bank-ın baş direktoru və İdarə Heyətinin sədri Cavid Quliyev, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin metan və KOB proqramları üzrə rəhbəri Sonna Satiamoorti (Sonna Sathiamoorthy), SLB-nin vitse-prezidenti Dryu Pomeranz (Drew Pomerantz) və digər rəsmi şəxslər yer alıb.

Qeyd edək ki, bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.

Xəbər yenilənəcək

Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”-nin 4-cü gününə start verilib Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”-nin 4-cü gününə start verilib Bakıda “İqlim üzrə Fəaliyyət Həftəsi”-nin 4-cü gününə start verilib
Məqalədə: #İqlim Fəaliyyəti Həftəsi

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.