15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar

11 Oktyabr 2024 15:18
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar

Bakı, AzerVoice

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən “Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsinin qonağı olublar.

Bu barədə  AzerVoice-ə IDEA İctimai Birliyindən məlumat verilib.

“Gənclərin Yaşıl Təşəbbüsləri” ekoloji düşərgəsi IDEA İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən COP29 çərçivəsində təşkil edilib və oktyabrın 10-da və 11-də Qəbələ rayonunda keçirilir. Təbiət qoynunda keçirilən bu düşərgədə Qəbələ və ətraf rayonlardan olan, ümumilikdə 40 gənc iştirak edir. Düşərgənin əsas məqsədi, noyabr ayında Bakıda keçiriləcək nüfuzlu COP29 tədbiri öncəsində gənclərin ekoloji məsələlərlə bağlı fikirlərini, gözləntilərini və təkliflərini dinləmək, onların bu sahədə fəallığını artırmaqdır.

İki gün ərzində gənclər iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və ekoloji təmiz həyat tərzi kimi mühüm mövzularda müxtəlif təlim və vörkşoplarda iştirak edərək ekoloji problemlərə dair yeni yanaşmalar əldə edəcəklər. Düşərgə gənclərin bu mövzular üzrə biliklərini artırmaqla yanaşı, onların ekoloji problemlərin həllində fəal iştirakını təmin etməyi və cəmiyyətin inkişafında mühüm rol oynayacaq fərdlər kimi formalaşmasına dəstək verməyi hədəfləyir.

Düşərgənin ilk günündə gənclər “Ətraf mühitin mühafizəsində gənclərin rolu” mövzusunda təşkil olunmuş vörkşopda qruplara bölünərək problemləri müzakirə edib və müxtəlif ekoloji layihə təklifləri hazırlayıblar. Leyla Əliyeva düşərgə iştirakçılarının hazırladığı layihələri dinləyib və onların ekoloji təşəbbüslərinə yüksək qiymət verib.

Səfər zamanı Leyla Əliyeva və Arzu Əliyeva düşərgənin proqramı ilə yaxından tanış olub, iştirakçıların yaşadıqları çadır şəhərciyini ziyarət edərək onların gündəlik fəaliyyəti və düşərgə həyatına dair təəssüratlarını öyrəniblər.

Görüşün sonunda Leyla Əliyeva və Arzu Əliyeva gənclərlə birgə xatirə şəkli çəkdirərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Gənclər isə öz növbələrində düşərgənin təşkilində göstərdikləri dəstək və diqqət üçün Leyla Əliyevaya və Arzu Əliyevaya təşəkkür ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar
Məqalədə: #Leyla Əliyeva #Arzu Əliyeva

Mövzu üzrə digər xəbərlər

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı
Maraqlı faktlar

Stalin dövrünün dəhşətli eksperimenti: "Artıq insanlar" planı

15:00
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Texnologiya

Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib

14 Sentyabr 21:57
Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

14 Sentyabr 20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

14 Sentyabr 13:12

Son Xəbərlər

Bu günə olan əsas xəbər başlıqları
Bu günə olan əsas xəbər başlıqları
23:00
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.