12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Siyəzəndə vətənpərvərlik nümunəsi qazilik və şəhidlik məqamı mövzusunda tədbir keçirilib

11 Oktyabr 2024 16:23
Siyəzəndə vətənpərvərlik nümunəsi qazilik və şəhidlik məqamı mövzusunda tədbir keçirilib

Bakı, AzerVoice

Okyabrın 11-də Siyəzən rayonu Sədan kənd tam orta məktəbində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba - Xaçmaz regional bölməsinin, Quba – Xaçmaz Regional Təhsil İdarəsinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.

AzerVoice xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba – Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzə rayonu üzrə Gənclər və idman sektorunun baş məsləhətçisi Nuran Nurullayev, müəllimlər, gənclər və yeniyetmələr iştirak edib.

Çıxışlar zamanı bildirilib ki, Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Qeyd olunub ki, Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Vətənpərvərlik nümunəsi sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını  təmin etməyə çalışmaqdır.

İştirakçılara ətraflı məlumat verilərək, sonda onları maraqlandıran suallar cavablandırılıb.

Siyəzəndə vətənpərvərlik nümunəsi qazilik və şəhidlik məqamı mövzusunda tədbir keçirilib Siyəzəndə vətənpərvərlik nümunəsi qazilik və şəhidlik məqamı mövzusunda tədbir keçirilib
Məqalədə: #Quba- Xaçmaz regional bölməsi

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.