6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əxlaqın süqutu: Ateizmin gətirdiyi mənəvi boşluq

9 May 2025 10:59
Əxlaqın süqutu: Ateizmin gətirdiyi mənəvi boşluq

BAKI, AzerVoice

Ateizmin özü ilə gətirdiyi böyük problemlərdən biri əxlaqa münasibət problemidir.

AzerVoicexəbər verir ki, Fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov qeyd edir ki, ateizmin doğurduğu ən ciddi problemlərdən biri əxlaqa münasibətlə bağlıdır. Onun fikrincə, ateistlərin əhəmiyyətli bir qismi əxlaqın nisbiliyini və subyektivliyini müdafiə edir.

Elvüsal Məmmədov bu mövzuya toxunaraq bildirir ki, ateistlər arasında əxlaqın tamamilə mənasız olduğunu düşünənlər olduğu kimi, onun sosial əhəmiyyətini qəbul edənlər də var. Məsələn, ingilis pozitivist filosofu Alfred Ayer əxlaqın mənasız olduğunu desə də, Riçard Dokinz darvinist bir cəmiyyətin təhlükəli olacağını bildirib, dolayı yolla xristian əxlaqının vacibliyini etiraf edir. Digər bir ateist – amerikalı fizik Lourens Krauss isə hətta insesti müdafiə etməsi ilə tanınır. Məmmədov onun bu mövqeyini “mənəviyyatsızlıq” nümunəsi kimi göstərir.

O qeyd edir ki, ateizm öz dünyagörüşünü əsaslandırmaq üçün təkamül nəzəriyyəsinə istinad edir. Bu nəzəriyyəyə görə, insan yalnız həyatda qalmaq üçün mövcuddur və yaşamaq uğrunda mübarizə əsas prinsiplərdən biridir. Bu zaman dürüstlük, vicdan və əxlaq kimi anlayışlar ikinci plana düşür, çünki onların "seleksiya" baxımından bir üstünlüyü yoxdur.

Elvüsal Məmmədovun fikrincə, əxlaqi dəyərlərin kökündə Allah varsa, onlar həm möhkəm, həm də daha dərin mənalı olur. O bildirir ki, Allahı inkar edən ateizm obyektiv əxlaq sistemini də rədd edir. Bu isə o deməkdir ki, artıq yaxşı və pis anlayışları şəxsi mühakimə və təxəyyüllə müəyyənləşir. Allahsız dünyada mütləq yaxşı və mütləq pis anlamı aradan qalxır.

O, məsələyə konkret misallarla yanaşır:

Nikahdankənar cinsi münasibət: Əgər yaxşı və pisin ölçüsü insan seçiminə buraxılırsa, belə münasibətlər hansı meyara əsasən qəbahət sayıla bilər? Modern Qərbdə artıq bu kimi münasibətlər pis hesab edilmir, çünki sekulyar təfəkkür buna “təbii seçim” kimi yanaşır.

Gender mövzusu: Əgər cinsiyyət seçimi şəxsi hüquq kimi qəbul olunursa, o zaman homoseksuallığın pis olduğunu hansı obyektiv meyara əsasən demək olar?

Söyüş və nalayiq ifadələr: Əgər bir mühitdə bu normal hesab olunursa və obyektiv əxlaq prinsipi yoxdursa, onda bu halı necə qəbahət kimi qiymətləndirmək olar?

Elvüsal Məmmədov bildirir ki, bu gün bir çox məsələlər artıq “fərdin hüquqları”, “fərdi xoşbəxtlik”, “seçim azadlığı” kimi anlayışlarla əsaslandırılır. Lakin o hesab edir ki, Tanrı anlayışını bir kənara qoymaqla, insan cəmiyyəti əxlaqın obyektivliyini rədd etmiş, ailə, insan və həyat anlayışına qarşı mənəvi məsuliyyəti zəiflətmişdir.

Elvüsal Məmmədovun fikrincə, maarifçiliklə Tanrını yalnız kilsəyə “həbs edən” düşüncə tərzi, bu gün porno sənayesini qanunla qorunan sahəyə çevirir, görünüşü nümayiş etdirməklə pul qazanmaq meylini stimullaşdırır və yeni gender identifikasiyalarını legitimləşdirir.

Məqalədə: #Elvüsal Məmmədov #Əxlaq #ateizm #Tanrı inancı #təkamül nəzəriyyəsi #əxlaqın nisbiliyi #cinsi azadlıq #fərdi seçim

Mövzu üzrə digər xəbərlər

Mustafa Kamal Atatürkün İslam və din haqqında fikirləri nədir?
İslam və Tarix

Mustafa Kamal Atatürkün İslam və din haqqında fikirləri nədir?

7 İyun 17:00
Moldovada xalq yeni parlament üzvlərini seçmək üçün səsverməyə başlayıb
Digər Dövlətlər

Moldovada xalq yeni parlament üzvlərini seçmək üçün səsverməyə başlayıb

28 Sentyabr 2025 10:05
Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında
Rəy

Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında

22 İyun 2025 11:23
Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında
Baş xəbər

Tarixin doğmalaşdırılması və "epoxe" prinsipi haqqında

28 May 2025 14:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.