14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında

Müşahidə edirəm ki, İrana hücumla paralel olaraq, bizdə dinə, dindarlığa "hücum"a keçən, Allaha inanmağı qeyri-sağlam düşüncə adlandıran, Quran ifadələrinə, dini adlara rişxəndə edən milli dönüklər yaman aktivləşiblər.

22 İyun 2025 11:23
Fəallaşan dönüklər, yaxud riyakar "konyunkturşiklər" haqqında

Bakı, AzerVoice, ilahiyyatçı Elvüsal Məmmədov

Müşahidə edirəm ki, İrana hücumla paralel olaraq, bizdə dinə, dindarlığa "hücum"a keçən, Allaha inanmağı qeyri-sağlam düşüncə adlandıran, Quran ifadələrinə, dini adlara rişxəndə edən milli dönüklər yaman aktivləşiblər.

Konyunkturaçı bu fürsətbazlar unudurlar ki, islam Azərbaycan üçün doğma dəyərdir, Azərbaycan xalqının, tarixinin, keçmişinin, mədəniyyətinin ayrılmaz parçasıdır. Dindar olmaq, Allaha inanmaq, Quran oxumaq, məscidə getmək, müəyyən titulları daşımaq (hacı, məşədi, kərbəlayi, seyid, əfəndi...) tarixən bu xalqın başlıca "göstərici"si olmuşdur, indi də belədir, gələcəkdə də elə qalacaqdır.

Allahsızlıq, Qurana kəm baxmaq, Peyğəmbər adı gələndə ağız büzmək, islamı danmaq bu xalqın nə keçmişində olmuşdur, nə də indisində vardır; bütün bunlar bu xalqa yad qalan, özünü xalqın keçmişi və mədəniyyətindən, kimliyindən kənar tutan dönüklərə xasdır.

Əgər erməni işğalından azad edilən Qarabağın hər guşəsində məscidlər tikilirsə, bərpa olunursa, - bu, islamın bizdən olmağının göstəricisidir;

Əgər bu xalqın oğulları "Allah", "Quran", "Əli" sədaları ilə Qarabağı azad etmişdlərsə, minarələrdən, yüksəkliklərdən azan səsləndirmişdilərsə, - bu, bizdə xalqın islamla iç-içə olmağına dəlalət edir;

Əgər oğullarımız şəhidlik məramı ilə döyüşlərə atılıb bu ali adi qazanmaq uğrunda qanlarını axıdıb canlarını fəda etmişdilərsə, "Ölərəmsə - şəhid, qalaramsa, gazi olaram!" şüarını özlərinə amal bilmişdilərsə, - bu bizim müsəlman olmağımızdan xəbər verir.

Müsəlman olmaq, Quranı baş tacı etmək, Peyğəmbərə iman gətirib ailəsinin ehtiramını uca tutmaq Azərbaycan xalqının kimliyinin göstəricisidir! Bunu lağa qoyub ələ salanlar, hər şeydən əvvəl, öz xalqına, keçmişinə, mədəniyyətinə hörmət etməyən, özünü bu xalqın üstündə görən dönüklərdir!

P.S. Belə dönüklərin şəxsiyyətini, davranışlarını bir qədər təhlil etdikdə ortada qalan, kiməsə yarınmaq istəyən zavallılardan başqa kmsə olmadıqlarını görürsən! Əgər bu günlərdə göstərdikləri dağıdıcı və ölkə əhalisinin inanclı hissəsində narahatlıq yaradan təfriqəçi performanslarına görə onlara aidiyyəti orqanlardan xəbərdarlıq gəlsə, necə də iyrənc riyarakarlıqla mövqe dəyişdiklərinin şahidi olacaqsınız!

Məqalədə: #Elvüsal Məmmədov

Mövzu üzrə digər xəbərlər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.