5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Dünyası Ticarət Sərgisinin mətbuat konfransı keçirilib

23 May 2025 13:10
Türk Dünyası Ticarət Sərgisinin mətbuat konfransı keçirilib

BAKI,AzerVoice

Kiçik Orta Biznesin İnkişafı Agentliyində (KOBIA) "II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi"nin mətbuat konfransı keçirilib.

AzerVoice xəbər verir ki, tədbirə Azərbaycan himninin səsləndirilməsi ilə başlanıb.

Daha sonra tədbir iştirakçıları, Türk dövlətləri arasındakı investisiya və ticarət əlaqəli barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunan Türk Ticarət Sərgisi 2025-ci il iyunun 10-dan 12-dək Baku Expo Center-də keçiriləcək.

Sərgi, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası kimi ölkələrin iştirakı ilə baş tutacaq.

Sərginin əsas məqsədi türk dövlətləri arasında ticarət, sənaye, texnologiya, xidmət və investisiya sahələrində əməkdaşlığı genişləndirmək və yeni bazarlara çıxış imkanlarını artırmaqdır.

Sərgi proqramı konfranslar, B2B (ikitərəfli işgüzar görüşlər), françayzinq müzakirələri, expo ziyarətləri və Bakı turu kimi müxtəlif tədbirləri əhatə edəcək. Əlavə olaraq, sərgi çərçivəsində “Türk Dövlətlərinin İqtisadi Gücü və Yatırım Fırsatları”, “Türk Dünyasında Qadın Sahibkarlığı”, “Türk Dünyasında Françayzinq və Markalaşma” kimi tematik panellər də təşkil ediləcək.

Sərgidə şirkətlər üçün ödənişli və ödənişsiz iştirak imkanları təklif olunur. Ödənişli xidmətlərə stend qurulması, tərcümə və turizm xidmətləri daxildir. Eyni zamanda sərginin ana sponsoru olmaq imkanı da mövcuddur. Sponsor paketləri 8.000$-dan başlayaraq 70.000$-a qədər dəyişir.

Qeyd edək ki, Türk dövlətlərinin ümumi əhalisi 178 milyon nəfəri, iqtisadi böyüklüyü isə 1.9 trilyon ABŞ dollarını ötür. Bu ölkələr arasında daxili ticarət dövriyyəsi də getdikcə artır. Ən çox ixrac olunan məhsullara neft, qaz, maşın və elektronika, kənd təsərrüfatı məhsulları, tekstil və qida məhsulları daxildir.

Məqalədə: #Türk dünyasında birgə əməkdaşlıq #Türk Ticarət Sərgisi #Baku Expo Center #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Mövzu üzrə digər xəbərlər

KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi
Cəmiyyət

KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

22 İyul 10:54
Bakıda “Nar Naxışı” festivalı keçiriləcək
Cəmiyyət

Bakıda “Nar Naxışı” festivalı keçiriləcək

23 Yanvar 10:37
Keçən ildə 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
İqtisadiyyat

Keçən ildə 350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

15 Yanvar 16:24
Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir
İqtisadiyyat

Qadın sahibkarlar üçün “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi bu il də davam etdirilir

14 Yanvar 15:30

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.