6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artıracaq

14 İyun 2025 18:17
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artıracaq

BAKI, AzerVoice

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.

AzerVoice xəbər verir ki, bu haqqda AZAL-dan məlumat verilib.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb.

İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.

Bakı–İstanbul–Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyun tarixlərində yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.

Bundan əlavə, AZAL 2 iyul tarixindən etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.

AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.

Məqalədə: #AZAL

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır

1 İyul 14:16
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

17 İyun 18:18

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.