8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb. 224 reys həyata keçirilib və gündəlik uçuş sayı 25-ə çatıb. Yüksək tələbat səbəbindən biletlərə ciddi maraq var. Əlverişsiz hava şəraiti bəzi uçuşlara təsir göstərib. Şirkət təhlükəsizlik prioriteti ilə qərarlar qəbul etdiyini açıqlayıb.

17 İyun 2026 18:18
AZAL iyunun ilk yarısında Naxçıvan istiqamətində 47 mindən çox sərnişin daşıyıb

BAKI,VOA

17 iyun 2026-cı il, Bakı — Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşrut üzrə gündəlik reyslərin sayı 25-ə çataraq son dövrün ən yüksək göstəricilərindən birini təşkil edib.

VOA xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb. Bakı–Naxçıvan–Bakı marşrutu üzrə həyata keçirilən müntəzəm reyslər ölkənin ən yüksək sərnişin tələbatının müşahidə olunduğu istiqamətlərdən biridir. Gün ərzində çoxsaylı reyslərin icra edilməsinə baxmayaraq, marşrut üzrə davamlı yüksək sərnişin axını səbəbindən biletlər sürətlə tükənir və bir çox hallarda yaxın uçuş tarixləri üçün sərbəst yerlər qalmır. Sözügedən istiqamət üzrə tələbat yüksək olduğundan, aviabiletləri öncədən əldə etməyən sərnişinlər hava limanına gələrək növbəti reys üçün bilet əldə etmək istədikdə çətinliklə üzləşirlər. Bu baxımdan AZAL sərnişinlərə səfərlərini öncədən planlaşdırmağı, biletlərini vaxtında əldə etməyi və uçuşlarla bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edir.

Bununla yanaşı, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Həmin günlərdə Naxçıvan hava limanı ətrafında müşahidə olunan qeyri-sabit hava şəraiti, xüsusilə ildırım aktivliyi və bununla əlaqədar yaranan meteoroloji risklər uçuşların təhlükəsiz icrasına maneə yaradıb. Bu səbəbdən sözügedən istiqamətdə reysləri icra edən bəzi təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Ləğv və ya gecikmə hallarında sərnişinlərə beynəlxalq aviasiya qaydalarına və aviaşirkətin daxili prosedurlarına uyğun olaraq əlavə reys imkanları təqdim edilib, bilet dəyişdirilməsi və digər xidmətlərlə bağlı zəruri dəstək göstərilib.

Güclü külək və küləyin istiqamətinin qəfil dəyişməsi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır, ildırım aktivliyi və digər intensiv atmosfer hadisələri isə uçuş marşrutlarının dəyişdirilməsinə, uçuş müddətinin uzanmasına və əməliyyat məhdudiyyətlərinin tətbiqinə səbəb ola bilər. Eyni zamanda, görmə məsafəsinin məhdudlaşması və yüksək turbulentlik kimi amillər də uçuşların təhlükəsiz icrasına təsir edən əsas risk faktorları sırasında yer alır.

Aviasiyada əsas prioritet təhlükəsizlik olduğundan, əlverişsiz hava şəraitində uçuşların gecikdirilməsi və ya ləğvi beynəlxalq aviasiya standartlarına uyğun olaraq qəbul edilən zəruri qərar hesab olunur. Buna əsasən, AZAL-da bütün qərarlar sərnişin və ekipaj təhlükəsizliyi prioritet götürülərək qəbul edilir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Məqalədə: #Bakı #AZAL #Naxçıvan #uçuşlar #aviadaşımalar

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

5 Sentyabr 19:49
Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir
Cəmiyyət

Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir

2 Sentyabr 11:18
Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN
Siyasət

Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

28 Avqust 10:49

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.