6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Səhər yeməyi: Günə necə başlasan, elə də davam edər

Səhər yeməyi – çoxumuzun bildiyi, amma bəzən vecinə almadığı bir vərdişdir. Bəzən tələsirik, bəzən iştaha olmur, bəzən də “bir stəkan çayla kifayətlənirəm” deyib keçirik.

18 İyul 2025 12:02
Səhər yeməyi: Günə necə başlasan, elə də davam edər

Bakı. AzerVoice, Anar Məmmədov, sağlam həyat və fitnes mütəxəssisi

Səhər yeməyi – çoxumuzun bildiyi, amma bəzən vecinə almadığı bir vərdişdir. Bəzən tələsirik, bəzən iştaha olmur, bəzən də “bir stəkan çayla kifayətlənirəm” deyib keçirik. Amma əslində səhər yeməyi bədənin siqnal sistemidir. Günün necə keçəcəyini elə səhərki o bir tikə çörək, bal, ya da yumurta müəyyən edir.

Səhər yeməyinin bədənə real təsirləri:

Enerji verir: Gecə aclığından sonra bədən enerjiyə ehtiyac duyur. Səhər yeməyi bu enerjini təmin edir.

Ağıl və diqqəti açır: Yemək beyinə qlükoza verir, bu da diqqət və məhsuldarlığı artırır.

Metabolizmi oyadır: Orqanizmə “gün başladı” siqnalı verir, yağ yığmaq yerinə işləməyə başlayır.

Qaraciyəri qoruyur: Ac qalmaq qaraciyərə əlavə yükdür. Səhər yeməyi onu rahatladır.

İştahı balanslayır: Günorta və axşam yeməklərində artıq yeməyin qarşısını alır.

Səhər yeməyində buraxılan səhvlər:

Heç yeməmək: Bu, zamanla qastrit, zəiflik və əsəbilik yaradır.

Həddindən artıq yağlı və ağır yemək: Qaraciyəri yükləyir, həzmi çətinləşdirir.

Çox şirin yeməklə başlamaq: Qan şəkəri sürətlə qalxır və tez düşür, bu da halsızlıq yaradır.

Bəs necə yemək lazımdır?

Səhər yeməyi mütləq mürəkkəb və ya baha olmalı deyil. Sadə, amma təsirli seçimlər kifayətdir:

Çörək + kərə yağı + bal

1 yumurta

Şəkərsiz çay

Bəzən paştet və ya təbii pendir

Hətta 1 stəkan ilıq su və yarım çay qaşığı kakos yağı ilə başlamaq belə bədəni oyadır.

Nəticə:

Günə necə başlasan, elə də davam edir. Səhər yeməyi nəinki bədənini doyurur, həm də ona dəyər verdiyini göstərir. İstər çəki artırmaq, istər sağlam qalmaq, istərsə də gün ərzində əsəb və yorğunluqdan uzaq olmaq istəyirsənsə, səhərlər özünə bir az diqqət ayır.

Sadəcə çay içib keçmə. Sən bundan artığına layiqsən.

Məqalədə: #Anar Məmmədov

Mövzu üzrə digər xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
Texnologiya

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib

5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Texnologiya

Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb

5 Sentyabr 22:14
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.