12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

31 Avqust - Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü kimi qeyd edilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. Avqustun 31-nin qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.

31 Avqust 2025 12:01
Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

BAKI, AzerVoice

31 Avqust - Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü kimi qeyd edilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. Avqustun 31-nin qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.

AzerVoice-un məlumatına görə, bu sözlər Bakı Təşəbbüs Qrupunun (BTQ) yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda bildirilir ki, tarix boyu Fransa müstəmləkə siyasəti çərçivəsində Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımı aktları həyata keçirib, insan haqlarını kobud şəkildə pozub və bu siyasətini hələ də davam etdirməkdədir. Fransa Afrikada yerləşən keçmiş müstəmləkələrində neokolonial siyasət həyata keçirməklə yanaşı, Reyunyon, Mayot, Qvadelup, Martinik və Fransız Qviyanası kimi müstəmləkə idarəçiliyi altında saxladığı ərazilərdə Afrika mənşəli xalqlara qarşı uzun illərdən bəri davam edən sosial, iqtisadi və siyasi basqılar edir. Bu siyasət çərçivəsində Fransa yerli xalqların siyasi müstəqillik və iqtisadi sərbəstlik hüquqlarını məhdudlaşdırır, milli kimliklərin zəiflədilməsinə səbəb olur və təbii sərvətləri öz nəzarəti altında saxlamağa çalışır.

Reyunyon və Mayot adalarında əhali ciddi sosial və iqtisadi ədalətsizliklərlə üzləşir. İşsizlik səviyyəsi 30 faizdən yüksəkdir, xüsusilə gənclər arasında işsizlik daha kəskin müşahidə olunur.

Səhiyyə və təhsil sahələrində resurs çatışmazlığı insanların həyat keyfiyyətini aşağı salır. Qvadelup və Martinikdə də yüksək işsizlik (35 faizdən çox), diskriminasiya və polis zorakılığı kimi sosial problemlər mövcuddur. Yerli əhali mədəni kimliklərini qorumaq üçün dövlət dəstəyindən məhrumdur. Fransız Qvianasında işsizlik təxminən 40 faizdir. Təbii sərvətlərin istismarı tamamilə Fransanın nəzarətindədir və yerli əhali iqtisadi faydaların çox hissəsindən məhrumdur.

Bakı Təşəbbüs Qrupu paytaxt Bakı şəhərində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Afrika mənşəli xalqların yaşadığı Reyunyon, Mayot, Qvadelup və digər müstəmləkə ərazilərinə həsr edilmiş beynəlxalq konfranslar təşkil edib, bu ərazilərdə yaşayan yerli xalqların, o cümlədən Afrika mənşəli xalqların müstəmləkəçilikdən qaynaqlanan problemlərinin BMT tribunasında qaldırılması istiqamətində çoxsaylı əməli fəaliyyət ortaya qoyub. Təşkilat Fransa hökumətini adıçəkilən ərazilərdə törətdiyi qanunsuzluqlar barədə cavab verməyə məcbur edib və BTQ-nin rəhbər heyəti BMT-nin Afrika mənşəli xalqlar üzrə Daimi Forumlarında iştirak edərək onların fəaliyyətinə dəstək nümayiş etdirib.

BTQ Fransanın bu ərazilərdə uzun illər ərzində bilərəkdən yaratdığı sosial və iqtisadi bərabərsizlikləri, milli kimliklərin sistemli şəkildə məhv edilməsini ətraflı dərc etdirdiyi hesabatlarında və sənədləşdirərək dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Bu hesabatlarda Fransanın müstəmləkə siyasətindən irəli gələn insan hüquqları pozuntuları, iqtisadi və siyasi bərabərsizliyin davam etməsi, habelə mədəni assimilyasiya ilə milli kimliklərin itirilməsi mövzuları geniş şəkildə işıqlandırılıb.

Məqalədə: #BMT #Fransa #Bakı Təşəbbüs Qrupu #Hüquq və azadlıqlar #Qvadelup #BTQ #BTQ bəyanatı #Reyunyon #Mayot #Afrika mənşəli xalqlar #Martinik #Fransız Qviyanası

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.