10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib

15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

17 Sentyabr 2025 09:32
Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib

BAKI, AzerVoice, Nailə Babazadə

15 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qərargahında Fondun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, gənc şair Fərid Hüseynin yaradıcılığına həsr olunmuş ədəbi-bədii konsert və onun dahi Nizami Gəncəvi yaradıcılığı haqqında qələmə aldığı “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə AzerVoice -ə Türk Mədəniyyət İrsi Fondundan məlumat verilib.

Tədbirdə Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, həmçinin dövlət xadimləri, elm adamları və ədəbiyyat dünyasının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirin açılışında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxış edərək, Fondun missiyasının yalnız mədəni irsin qorunması ilə məhdudlaşmadığını, həm də ümumtürk dəyərlərinin gələcək nəsillərə ötürülməsi və yeni yaradıcı qüvvələrin üzə çıxarılmasına da yer verildiyini bildirib. Onun sözlərinə görə, Nizami Gəncəvi kimi dahilərin əsərləri bütün türk dünyasının ortaq sərvətidir və bu irs gənc nəslin ilham qaynağına çevrilməlidir. Xanım A. Raimkulova Fondun qapılarının həmişə gənc istedadlara açıq olduğunu, onların yaradıcılığının türk xalqlarının mədəni birliyini daha da gücləndirdiyini xüsusi qeyd edərək, Fərid Hüseyni yeni kitabı münasibətilə təbrik edib, ona gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzulayıb.

Səlim Babullaoğlunun aparıcılığı ilə təqdim olunan zəngin ədəbi-bədii gecədə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, nizamişünas alim, “Aqibətnamə” kitabının redaktoru Zəhra Allahverdiyeva, professor Rüstəm Kamal, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı İnsitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənov, gənc şair Qismət nəşrin ədəbi-fəlsəfi məziyyətlərindən söz açaraq gənc müəllifin yaradıcılığına yüksək qiymətləndiriblər.

Tədbir boyu Fərid Hüseynin şeirləri tanınmış qiraətçilər Tural Əhməd, Günel Həmidova, Sabirə Abdullayevanın ifalarında səslənib, gənc şairin şeirlərinə bəstələnən mahnılar Elgiz Əliyev, Aişən Mehdiyeva, Yaqut Xəlilzadənin ifalarında dinlənilib. Xanəndələri tarda Səxavət Məmmədov, kamançada Toğrul Qasımov, pianoda Ağarəhim Salah müşayiət ediblər.
Tədbirin sonunda F.Hüseyn oxucular üçün kitablarını imzalayıb və xatirə fotosu çəkilib.

Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib Türk Mədəniyyəti və İrsi Fondunda Fərid Hüseynin “Aqibətnamə” kitabının təqdimat mərasimi keçirilib
Məqalədə: #Azərbaycan #Qırğızıstan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #TÜRKPA #Aqibətnamə

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.