13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirmişdir. Görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat vermişdir.

6 Oktyabr 2025 22:52
Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək

BAKI, AzerVoice, Nailə Babazadə

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirmişdir.

Görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat vermişdir.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli də öz növbəsində İctimai Birliyin fəaliyyəti və strateji hədəfləri haqqında geniş məlumat vermişdir. Eyni zamanda, Təhsil və Mədəniyyət Komissiyasının həyata keçirdiyi layihələr təqdim olunmuş, təhsil sahəsində mümkün əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Tərəflər arasında aparılan müzakirələrin əsas mövzularından biri də gənclərin əmək bazarına hazırlanması və onların iş dünyasına inteqrasiyasının təşviqi olmuşdur. Bu istiqamətdə ortaq proqramların, universitet–biznes əməkdaşlığının gücləndirilməsi və tələbələrin real iş mühitinə yaxınlaşdırılması məqsədilə praktik mexanizmlərin tətbiqi məsələləri gündəmə gətirilmişdir.

Görüşün əsas müzakirə mövzularından biri, 12–13 noyabr 2025-ci il tarixlərində keçirilməsi planlaşdırılan “I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşdırma (BMMAR) Simpoziumu” olmuşdur. Simpozium Bursa Uludağ Universiteti, Sumqayıt Dövlət Universiteti, Xəzər Universiteti, KOBİA, ASK, Azərbaycan Respublikası Auditorlar Palatası, Kamu Gözetim Kurumu, MÜSİAD Azərbaycan İctimai Birliyi və İATM-ın birgə təşkilatçılığı ilə reallaşdırılacaqdır.

Simpoziumun əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında mühasibatlıq sahəsində bilik və təcrübə mübadiləsini yeni mərhələyə yüksəltməkdir. Tədbir çərçivəsində bu sahələrdəki müasir tendensiyalar, rəqəmsallaşma prosesləri, beynəlxalq standartların tətbiqi və bu istiqamətdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunacaqdır.

Hər il fərqli Türk dövlətində keçirilməsi planan simpoziumun strateji hədəfləri sırasında “Türkdilli Dövlətlərin Mühasiblər Birliyi”nin təsis olunması və bu yolla türk dövlətləri arasında iqtisadi inteqrasiyanın, qarşılıqlı etimadın, həmrəyliyin gücləndirilməsi yer alır.

Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək Azərbaycanda Beynəlxalq Simpozium Keçiriləcək
Məqalədə: #MÜSİAD Azərbaycan #MÜSİAD #Rəşad Cabirli #İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM)

Mövzu üzrə digər xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.