9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis toplantısı və ilk iclası keçirilib. Bildirilib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər. Vurğulanıb ki,şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.

8 Oktyabr 2025 17:22
İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb

BAKI, AzerVoice

Bakıda keçirilən Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nin təsis toplantısı və ilk iclası keçirilib.

Bu barədə AzerVoice-ə KOBİA-dan məlumat verilib.

Bildirilib ki, iclasda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin KOB-lara dəstək və xidmət göstərən təşkilat və müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.

Vurğulanıb ki,şəbəkənin yaradılmasında məqsəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsidir.

"İƏT-in KOB şəbəkəsi"nin təsis olunmasına həsr olunmuş AZHAB Forumunun ilk panel iclasında İƏT-ə üzv ölkələrin KOB-larla əlaqəli qurumlarının nümayənədələri çıxış edərək, təmsil etdikləri ölkələrin və təşkilatların KOB-lara dəstək və xidmət sahəsində tərcübələrini, əməkdaşlıq imkanlarını bölüşüblər. Tədbirdə Türkiyəni KOSGEB, Səudiyyə Ərəbistanının MONSHAAT, Mərakeşin "Morocco PME", həmçinin İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d’İvuarın müvafiq qurumlarının nümayəndələri təmsil edib. Paneldə KOBİA tərəfindən Azərbaycanda KOB-lara dəstək və xidmətlər, ölkəmizin KOB ekosistemi barədə məlumat verilib".

İclasda çıxış edən spikerlər KOB-ların bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsi, iqtisadiyyatda və məşğulluqda önəmli paya malik olduğunu vurğulayıblar. Bildirilib ki, İƏT ölkələrində isə şirkətlərin 99,9%-ni KOB-lar təşkil edir və onların məşğulluqda payı 93%-dən çox, əlavə dəyərdə isə 85%-ə yaxındır.

"İƏT KOB-lar şəbəkəsi"nin təsis yığıncağının sonunda Bakı Bəyannaməsi qəbul edilib. Bəyyanamədə təşkilatın ilk təsis yığıncağına ev sahibliyi etməsi və kiçik və orta sahibkarlığın inkişafı sahəsində regional əməkdaşlığa göstərdiyi davamlı dəstəyə görə Azərbaycana təşəkkür edilib.

Həmçinin, təsis toplantısı çərçivəsində şəbəkəyə üzv təşkilatların yekdil qərarı ilə "İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi"nə sədrlik 3 il müddətinə KOBİA-ya keçib. Şəbəkənin katibliyi funksiyasını İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) icra edəcəkdir.

İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılıb
Məqalədə: #İslam Əməkdaşlıq Təşkilatı #İƏT #KOBİA #AZHAB Forum 2025

Mövzu üzrə digər xəbərlər

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.