12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub

Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi qadın sağlamlığı ilə bağlı maarifləndirməni gücləndirmək, ginekoloji xəstəliklərin və süd vəzi xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkmək, eləcə də profilaktik müayinələrin vacibliyinə dair ictimai məlumatlılığı artırmaqdır.

24 Oktyabr 2025 13:14
Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub

BAKI,AzerVoice

Yeni Klinikada 1-31 Oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində ginekoloji xəstəliklərin profilaktikasına həsr olunan “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub.

AzerVoice xəbər verir ki, Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi qadın sağlamlığı ilə bağlı maarifləndirməni gücləndirmək, ginekoloji xəstəliklərin və süd vəzi xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkmək, eləcə də profilaktik müayinələrin vacibliyinə dair ictimai məlumatlılığı artırmaqdır.

Tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, rəssam Mirazər Abdulla həmçinin bir sıra tibb müəssisələrinin həkim-mütəxəssisləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən B.Yusubov cəmiyyətin sağlamlığının əsasını qadın sağlamlığının təşkil etdiyini vurğulayaraq bildirib ki, bu problemə üç əsas istiqamətdən - maarifləndirmə, profilaktika və erkən diaqnostika baxımından yanaşmaq vacibdir. Direktor qadın sağlamlığında profilaktik tədbirlər sırasında HPV (papilloma virus infeksiyası) və skrininq testlərin aparılmasının vacibliyini qeyd edərək bu testlərin vaxtında icrasının xərçəng və digər ginekoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasında önəmli olduğunu diqqətə çatdırıb.

Z.Ədilova qeyd edib ki, qadın sağlamlığının qorunması dövlətin prioritet istiqamətlərindən biridir və bu sahədə TƏBİB tərəfindən ardıcıl, sistemli tədbirlər həyata keçirilir.

Z.Ədilova süd vəzi xərçəngi xəstəliklərinin erkən aşkarlanması, profilaktikası və müalicəsi məqsədilə TƏBİB tərəfindən digər səhiyyə qurumları və özəl tərəfdaşlarla birgə aprelin 28-dən sentyabrın 13-dək səyyar mammoqrafiya aksiyalarının keçirildiyini bildirib.

“Bu il 2 səyyar mammoqrafiya cihazı ilə təchiz edilmiş xüsusi ambulanslar istifadəyə verilib.

Füzuli, Zəngilan rayonları da daxil olmaqla ümumilikdə 22 rayonda 4 minə yaxın qadın skrininqlərə cəlb olunaraq, müayinələrdən keçib. Aparılan analizlər zamanı diqqət və əlavə müayinə tələb edən göstəricilər aşkarlanan qadınlar ətraflı müayinə və müalicə üçün ixtisaslaşmış tibb mərkəzinə yönləndiriliblər”.

Rəssam Mirazər Abdulla çıxışında qadının gücünün həyatın bütün sahələrində özünü göstərdiyini vurğulayaraq qadının həm ailədə, həm cəmiyyətdə, həm də yaradıcılıqda güc, zəriflik və fədakarlıq rəmzi olduğunu bildirib.

Sonda çıxış edən Gülnar Nuriyeva icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində TƏBİB-in müxtəlif tibb müəssisələrində, o cümlədən Yeni Klinikada təqdim olunan xidmətlərdə qadın sağlamlığına xüsusi önəm verildiyini bildirib. O, bu xidmətlərin qadınlarda xəstəliklərin erkən aşkarlanması, müalicəyə əlçatanlığın artırılması və profilaktik tədbirlərin genişləndirilməsi baxımından mühüm rol oynadığını qeyd edib.

Panel sessiyaları ilə davam edən seminar çərçivəsində Yeni Klinikanın həkim-mütəxəssisləri - həkim-radioloq Aynur Hüseynova, ümumi cərrahiyyə uzmanı, dosent Mirxalıq Cavadov, uzman mama-ginekoloq Sitarə Aslanova, uzman mama-ginekoloq Nəzrin Məmmədova, həkim-uroloq-androloq Azad Süleymanov qadın sağlamlığı, xəstəliklərin qarşısının alınması və erkən diaqnostikanın üstünlükləri barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıblar.

Tədbir maarifləndirici təqdimatlar, interaktiv müzakirələr və sağlam həyat tərzinin təşviqinə yönəlmiş çıxışlarla yadda qalıb.

Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub Yeni Klinikada “Çəhrayı lent” adlı maarifləndirmə seminarı baş tutub
Məqalədə: #TƏBİB #Yeni Klinika #Süd vəzi xərçəngi #Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı #Çəhrayı lent kampaniyası #ginekoloji xəstəliklər #Reproduktiv sağlamlıq və ailə planlaması #Barat Yusubov #Zamirə Ədilova #Gülnar Nuriyeva #Azərbaycan səhiyyəsi #maarifləndirmə seminarı

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.