8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

29 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransında çıxış edib.

31 Oktyabr 2025 15:45
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

BAKI,AzerVoice

29 oktyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” adlı beynəlxalq parlament konfransında çıxış edib.

Tədbirin məqsədi dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların əhəmiyyətini vurğulamaq, həmçinin dövlətlərin demokratik inkişafında, insan hüquqlarının və azadlıqlarının təminində konstitusiya dəyərlərinin roluna diqqət çəkməkdir.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan xalqını və dövlətini bu əlamətdar yubiley münasibətilə təbrik edərək qeyd edib ki, 1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycanın sabitliyinin, qanunun aliliyinin və insan hüquqlarının təminatının əsasını qoyaraq, dövlətin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində mühüm rol oynayıb. O, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə formalaşan bu hüquqi sənədin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində daha da möhkəmləndiyini vurğulayıb.

Xanım A.Raimkulova həmçinin Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin ölkənin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasının rəmzi olduğunu, Konstitusiyanın prinsiplərinin artıq Qarabağ və Şərqi Zəngəzur daxil olmaqla bütün ərazilərdə tətbiq edilməsinin qürurverici hadisə kimi tarixə yazıldığını bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə eləcə də, Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarım, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım, Özbəkistan Ali Məclisi Senatının Məhkəmə-hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Abdulhakim Eşmuratov, Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədri Saqr Qobaş, Belarus Milli Assambleya Respublika Şurasının sədr müavini Vladislav Tatarinoviç, İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili, Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani, Rumıniya Senatının sədri Mircea Abrudean, Rusiya Federal Məclis Federasiya Şurasının üzvü Natalya Kuvşinova, Serbiyanın Milli Assambleyasının sədr müavini Covan Canciç, Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda, Qlobal Dözümlülük və Sülh Şurasının (GCTP) prezidenti Ahmed Aljarwan çıxışlar edərək müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyin qorunması istiqamətində fikir mübadiləsi aparıblar.

Konfrans çərçivəsində qonaqlar və tədbir iştirakçıları Fəxri xiyabanı ziyarət edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə əklil qoyublar.

Daha sonra Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları ehtiramla yad edib və “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Konstitusiyanın 30 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib
Məqalədə: #Azərbaycan #Milli Məclis #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #parlament #Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.