7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti

Bu həyatda dərindən inandığım bəzi həqiqətlər var ki, onlar sarsılmaz və qırılmazdır. Onlardan biri də budur ki, dəyərli və müqəddəs olana əsla ləkə bulaşmaz!

1 Noyabr 2025 17:04
“Füyuzat” – ruhun diriliyi və qələmin məsuliyyəti

BAKI, AzerVoice

119-cu ildönümünə ithaf

Bu həyatda dərindən inandığım bəzi həqiqətlər var ki, onlar sarsılmaz və qırılmazdır. Onlardan biri də budur ki, dəyərli və müqəddəs olana əsla ləkə bulaşmaz!

Ulularımızın dili ilə desək: “Hər haqqın bir həqiqəti vardır”. O həqiqət bir gün mütləq günəş kimi parlayar. Həqiqət parladıqca üfüqlərdə aydınlıq yaranar, insanda mübarizə ruhu daha da alovlanar.

Pakistanlı mütəfəkkir Məhəmməd İqbal bu ruhu belə izah edir:

“Günləri aydınladan, bu keçici günəş nuru deyil, həyatın daimi mübarizəsi və inkişafıdır”.

Həqiqət uğrunda aparılan mübarizə ləkə götürməz və aydın olur. Bu mübarizənin dəyəri zahirdə deyil, batinindədir. O, qaranlıqda belə öz nurunu itirmir.

Millətin içindəki mübarizənin mayası isə onun mütəfəkkirlərinin qəlbi və düşüncəsidir.

Ululuğun ziyasını ruhlarında daşıyan bu haqq mücahidlərinin fəaliyyəti və əsərləri həmişə dirilik iksiri daşıyır. Onların qələmindən doğan hər sətir ölməz ruhun nəfəsidir.

Orada səmimiyyət şəffaf su kimi bərraqdır, orada birlik mühiti diridir, canlıdır.

Oradakı sədaqət isə qeyrət sahiblərinin libasıdır.

O aləmə yanlış qələmlər imzasını ata bilməz!

Çünki qələm yalnız vicdanla yazıldıqda həqiqətə çevrilir, yalnız ürəklə, sevgi ilə yazıldıqda bəşərin qəlbinə yol tapır.

Bu gün qəlblərə yol tapan bir məktəbin, Əli bəy Hüseynzadənin qələm yoldaşlarının ziyası ilə nur saçan “Füyuzat” dərgisinin yaranmasının 119-cu ildönümüdür.

“Füyuzat” sadəcə bir dərgi deyildi: o, bir oyanış idi – bir məktəb, bir mənəvi çevriliş, bir inqlab idi.

O, milli düşüncəni, türk kimliyini, islam mədəniyyətini və müasirliyi bir səhnədə birləşdirən nadir bir məfkurə abidəsi idi.

Bu məfkurə məktəbi bir ocaq idi, közü əsla sönməyən, atəşi kiri-pası təmizləyən mənəvi ocaq!

Bu ocağın düsturları doğruluq və səmimiyyətlə qələmə alınmışdı.

O qələm Haqqın qatından süzülən mürəkkəbdən ruhlanmışdı.

İsmayıl Qaspıralı 1906-cı ilin mart ayında Əli bəy Hüseynzadəyə yazdığı açıq məktubunda belə deyirdi:

“Hər nə yazacaqsansa, qələmi üç qəpiklik qara mürəkkəbə batırma, ürəyinə batır, qanınla yaz!

Belə yazsan, sözün ötər, vicdanlara qədər yetər.

Əks halda, bisəmərə, yəni bəhrəsiz bir külək kimi gəlib keçər”.

Bu çağırış, bu nida, bu əmanət bu gün də keçərlidir.

Çünki qələm sadəcə yazmaq üçün deyil – ruhu diriltmək və həqiqəti yaşatmaq üçündür.

“Füyuzat” məktəbi bizə təkcə bir tarix deyil, həm də böyük bir məsuliyyət miras qoydu:

Qələm tutan hər bir insan ruhu ilə, vicdanı ilə, qanı ilə yazmağı unutmamalıdır.

Məqalədə: #Füyuzat #Əli bəy Hüseynzadə #İsmayıl Qaspıralı

Mövzu üzrə digər xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
Texnologiya

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir

19:50
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
Cəmiyyət

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev

11:00

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.