9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.

2 Noyabr 2025 19:45
Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib

BAKI, AzerVoice

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub.

AzerVoice xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva iştirak edib.

“DanceAbility Azerbaijan”ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub.

COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan bu tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin vəziyyətinə və bəşəriyyətin gələcəyinə təsirini tədqiq edir.

AZƏRTAC-ın müxbiri ilə söhbət edən “DanceAbility Azerbaijan” şirkətinin direktoru Nigar Sultanova deyib ki, tamaşanın ideyası 2024-cü ilin əsas mövzusuna çevrilən iqlim dəyişikliyi və ətraf mühit məsələlərinə ictimai diqqət dalğasında yaranıb.

“Biz həmişə inklüzivlik və əlçatanlıq ideyasını təşviq edirik, amma bu dəfə biz ətraf mühit haqqında danışmaq qərarına gəldik. Bunu səmimi şəkildə etmək bizim üçün vacib idi, ona görə də altı ay ərzində truppamızla görüşüb, planetə qayğı göstərməyin bizim üçün nə demək olduğunu müzakirə etdik”, - deyə o vurğulayıb.

İdeyanın əsasını iştirakçıların illər ərzində diqqətlə qoruduqları əşyalarla bağlı şəxsi hekayələri təşkil edib.

Problemi araşdırarkən “DanceAbility Azerbaijan” komandası hər il dünyada təxminən 92 milyon ton tekstil tullantısının əmələ gəldiyini və insanların əvvəlkindən orta hesabla 36 faiz daha az geyim geyindiyini öyrənib. Məhz bu, kollektivi istehlak mədəniyyətinə və davamlı inkişafa həsr olunmuş “Nə qədər kifayətdir?” adlı tamaşanın yaradılmasına ruhlandırıb.

Tamaşa insan, istehlak və planetin ən vacib resurslarından olan su arasındakı əlaqəni tədqiq edir.

Hərəkət, hekayə danışma və kollektiv yaddaş vasitəsilə tamaşa həddindən artıq istehlak, çirkləndirmə və okeanların sağlamlığı arasındakı qarşılıqlı əlaqəni açır, davamlı inkişafı və zəncirvarı iqtisadiyyat ideyalarını təşviq edir.

Tədbirin sonunda Nigar Sultanova peşəkar və həvəskar rəqqasları, müxtəlif qabiliyyətlərə və təcrübəyə malik insanları bir araya gətirən layihənin realizəsi üçün dəstəyə və şərait yaradıldığına görə Heydər Əliyev Fonduna və Leyla Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, 2017-ci ildə qurulan “DanceAbility Azerbaijan” şirkəti uzun illərdir minlərlə insanın həyatına davamlı təsir göstərərək müxtəlifliyə, bərabərliyə və inklüzivliyə dəyər verilən cəmiyyətin qurulmasına töhfə verib.

Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib Art Weekend çərçivəsində Nə qədər kifayətdir? adlı inklüziv rəqs tamaşası təqdim edilib
Məqalədə: #Heydər Əliyev Fondu #AZƏRTAC #COP29 #Leyla Əliyeva #IDEA #Art Weekend #Fly to Baku. Art Weekend. Sense the Future NOW #Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy #Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı #DanceAbility Azerbaijan #Nigar Sultanova

Mövzu üzrə digər xəbərlər

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09

Son Xəbərlər

Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.