12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dakı Azərbaycan icmasın nümayəndələri və digər qonaqlar iştirak ediblər.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

8 Noyabr 2025 09:54
Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə diplomatik korpus təmsilçiləri, hərbi attaşelər, ABŞ-dakı Azərbaycan icmasın nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Bu barədə AzerVoice-a səfirlikdən məlumat verilib.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan torpaqlarının suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin ruhu sükutla yad edilib.

Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim deyib ki, 8 noyabr Azərbaycan üçün ədalətin zəfər çaldığı gündür. O bildirib ki, bu tək Azərbaycan xalqı və ya xaricdə yaşayan azərbaycanlılar üçün deyil, eyni zamanda region və bütün dünya üçün ədalətin bərpasıdır.

"Qələbə qazandıqdan sonra çox az sayda ölkə dərhal sülh əlini uzadır, lakin biz bunu etdik. Çünki biz inanırıq ki, qələbə yalnız meydanda deyil, diplomatiyada da qazanılmalıdır. Bu, həmçinin xalqlarımız üçün vacibdir. İndi sülh vaxtıdır. Düşünürəm ki, avqust ayında Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda olması çox diqqətəlayiqdir. Prezident Donald Tramp Cənubi Qafqazda sülh və rifahı növbəti mərhələyə çatdırmaqda bizə kömək etdi. Biz bu yolu davam etdirəcəyik. Biz həmişə güclü qalacağıq ki, bir daha heç kim bizə zərər vermək, torpaqlarımızı ələ keçirmək barədə düşünməsin. Eyni zamanda, sülhün təkcə Cənubi Qafqazda deyil, daha geniş bölgədə insanlar arasında əlaqələrin, bizneslərin birgə işləməsinə imkan verməsi üçün əlimizdən gələni edəcəyik",- deyə səfir əlavə edib.

Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Ardınca çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlarında hərbi attaşesi vəzifəsini müvəqqəti icra edən 3-cü dərəcəli kapitan Kamran Tahirbəyli vətənin suverenliyi üçün canlarını fəda edən əsgərlərimiz barədə danışaraq hər şeydən əvvəl 8 noyabrın bizə əsl gücün müharibədə deyil, sülhdə olduğunu xatırlatdığını bildirib. O deyib ki, Azərbaycan əsgərinin şücaəti işğala deyil, işğala son qoymağa, təhlükəsizliyi təmin etməyə və barışıq və birgəyaşayışa yol açmaq məqsədi daşıyırdı. K. Tahirbəyli əlavə edib ki, Azərbaycan Cənubi Qafqazın xalqlar arasında əlaqə, rifah və dostluq bölgəsi olacağı bir gələcəyə ümidlə baxır.

Sonda kamança ustası Toğrul Orucov və pianoçu Faiq Abdullayevin ifasında Azərbaycan musiqi nümunələri səsləndirilib.

Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub Azərbaycanın ABŞ-dəki Səfirliyində Zəfər Günü qeyd olunub
Məqalədə: #Zəfər Günü #ABŞ səfirliyi

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.