8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.

14 Noyabr 2025 16:03
DVX-nin nümayəndə heyəti Xorvatiyada səfərdə olub

BAKI,AzerVoice

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti Xorvatiyanın Zaqreb şəhərinə səfər edib. Səfərin əsas məqsədi Xorvatiya Maliyyə Nazirliyi yanında Vergi Administrasiyası ilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

AzerVoice xəbər verir ki, səfər çərçivəsində tərəflər rəqəmsal transformasiya proseslərinin təşkili, vergi inzibatçılığında müasir texnologiyaların tətbiqi, süni intellekt və avtomatlaşdırma alətlərindən istifadə etməklə vergi risklərinin idarə olunmasına yönəlmiş riskə əsaslanan uyğunluq strategiyalarının formalaşdırılması, idxal-ixrac və s. kimi məsələlər ətrafında geniş müzakirələr aparıblar. DVX nümayəndələrinin “AVİS”, “e-portal”, “e-kassa”, “Vergi risklərinin təhlili”, “Mal axınlarının hərəkətinin izləmə sistemi” kimi təqdimatları maraqla qarşılanıb.

Görüşlər zamanı, həmçinin, daxili auditin təşkili, vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərəliliyinin və şəffaflığının artırılması, istifadəçi məmnunluğunun yüksəldilməsi, elektron xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təcrübə mübadiləsi aparılıb. Bununla yanaşı, vergi mübahisələrinin həlli ilə bağlı məhkəmə təcrübəsi, vergi nəzarəti tədbirlərinin məhkəmələr tərəfindən ləğv edilməsi hallarının təhlili və digər məsələlər barədə məlumatlar təqdim edilib.

Tərəflər vergi inzibatçılığı sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni təşəbbüslərin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi imkanlarını da müzakirə ediblər.

Məqalədə: #Azərbaycan #Bakı #İqtisadiyyat Nazirliyi #Xorvatiya #Zaqreb #Dövlət Vergi Xidməti #Xorvatiya Maliyyə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

7 Sentyabr 15:47
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Digər Dövlətlər

Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?

5 Sentyabr 18:38
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.