10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə ölkəmizin ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC mədəni irsinin təbliği ilə bağlı birgə layihənin icrasına başlayıb.

17 Noyabr 2025 12:10
“AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə ölkəmizin ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC mədəni irsinin təbliği ilə bağlı birgə layihənin icrasına başlayıb.

AzerVoice xəbər verir ki, təşəbbüs çərçivəsində Qarabağ xalçaçılıq məktəbinə aid "Azərxalça" brendinə məxsus “Qasımuşağı” və “Çələbi” xalçalarını əldə edən hər bir müştəriyə “AzerGold” QSC tərəfindən istehsal olunmuş və üzərində Qarabağ xalçaçılıq məktəbinə məxsus “Qasımuşağı və “Çələbi” xalçasının ornamentlərinin həkk olunduğu “Laçın” və “Qarabağ xalçası - Çələbi” gümüş sikkələri hədiyyə ediləcək.

Bu unikal əməkdaşlığın əsas məqsədi Azərbaycanın qədim xalçatoxuma ənənələrini mədənçilik sənayesi ilə sintez edərək, milli mədəni irsin təbliğinə töhfə verməkdir. Layihə həmçinin özünəməxsus ornamentləri, zəngin rəng palitrası və simvolik kompozisiyaları ilə Azərbaycan xalçaçılığının nadir incilərinin bənzərsiz orijinal təfsirinin geniş auditoriyaya tanıdılmasını hədəfləyir.

UNESCO tərəfindən 15 il öncə qeyri-maddi mədəni irs kimi tanınan Azərbaycan xalçaçılıq sənəti öz milli dəyərlərini qoruyub saxlamaqla yeni və müasir inkişaf dövrünü yaşayır.

Hər iki milli brendin ortaq təşəbbüsü Qarabağın xalçaçılıq irsinə həsr olunmuş sikkə kolleksiyası ilə orijinal xalça nümunələrini birləşdirərək, ənənə və müasirliyi, keçmiş və bu günü qovuşduran mənəvi körpünün yaradılmasına xidmət edir.

“AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb “AzerGold” və “Azərxalça” tərəfindən xalçaçılıq mədəni irsinin təbliğinə həsr olunmuş birgə layihənin icrasına başlanılıb
Məqalədə: #Azərbaycan #Azərxalça ASC #AzerGold #Azərbaycan xalçaçılıq ənənələri #Qarabağ xalçaçılıq məktəbi #Qasımuşağı xalçası #UNESCO qeyri-maddi mədəni irs #Azərbaycan mədəni irsi #Qarabağ mədəniyyətinin bərpası

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.