10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr edilən mətbuat konfransı təşkil olunub. Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olduğunu bildirib. Qeyd edilib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli nümunədir.

5 Dekabr 2025 15:21
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib

BAKI,AzerVoice

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr edilən mətbuat konfransı təşkil olunub.

AzerVoice xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olduğunu bildirib. Qeyd edilib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli nümunədir.

“Festivalda 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu, tədbirin geniş ictimai maraq doğurduğunu, həmçinin Azərbaycanın yaradıcı sənayelər üzrə regional mərkəzə çevrilmək potensialını nümayiş etdirir”, – deyə Səadət Yusifova vurğulayıb.

İƏT baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi Tariq Ali Bakheet çıxışında Azərbaycan Respublikasının həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib. Deyib ki, Azərbaycan bütün İƏT üzv dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüslərə daim fəal şəkildə qoşulur.

İƏT Katibliyində Mədəniyyət idarəsinin direktoru əl-Hüseyn Gəzvi festivalın mədəni müxtəlifliyimizin, ortaq irsimizin zənginliyinin və İslam dünyasında həmrəyliyin təntənəsi olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bildirib ki, festival çərçivəsində MYS forumu, kino sərgisi, həmçinin İƏT-ə daxil olan ölkələrin “Yaradıcı Kənd” sərgisi təşkil olunacaq.

O qeyd edib ki, tədbir böyük maraq doğurub və artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir.

R.Əzizov bildirib ki, bir həftə ərzində çox zəngin proqram planlaşdırılır: kino festivalı çərçivəsində bir sıra ölkələrin Nizami Kino Mərkəzində film nümayişləri keçiriləcək. Qeyd edək ki, festival 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertlərini bir araya gətirəcək. Bu isə İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və Yaradıcı Sənayelər Forumu” (MYFORUM), “Creative Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi” (MYEXPO),“Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq Moda Nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrini əhatə edən müxtəlif mədəni layihələr həyata keçiriləcək.

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib
Məqalədə: #Azərbaycan #Bakı #İslam Əməkdaşlıq Təşkilatı #Mədəniyyət Nazirliyi #İƏT Mədəniyyət Festivalı Bakı #Bakı Yaradıcı Həftə 2025 #İslam Əməkdaşlıq Təşkilatı festivalı #Azərbaycanda yaradıcı sənayelər #Multikultural dəyərlər və mədəni müxtəliflik #İƏT humanitar və mədəni əməkdaşlıq #Azərbaycan kino sənayesi ARKA

Mövzu üzrə digər xəbərlər

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
18:36
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
18:26
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
18:15
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
18:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.