10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) aparılan təkmilləşdirmələr çərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq işə salınıb.

8 Dekabr 2025 23:34
ƏMAS-da kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq yaradılıb

BAKI, AzerVoice, Orxan Qədirzadə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) aparılan təkmilləşdirmələr çərçivəsində bu e-sistemdə kvota üzrə iş yerlərinin idarə olunması üçün də yeni funksionallıq işə salınıb.

AzerVoice xəbər verir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər (əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha çox uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər və b.) barədə məlumatlar ƏMAS-a inteqrasiya edilib.

Bununla da işəgötürənlər artıq real vaxt rejimində öz şəxsi kabinetlərindən kvota ilə bağlı bütün məlumatları izləmək, kvota üzrə iş yerləri üzrə prosesi daha operativ idarə etmək, müəssisələri üçün ayrılmış kvota iş yerlərinin sayını, icra vəziyyətini ƏMAS vasitəsilə görmək, cari kvota üzrə iş yerlərinə münasibətdə öhdəlikləri barədə tam məlumat əldə edə bilmək imkanı qazanıblar. Eyni zamanda, e-sistem kvota iş yerləri üzrə müraciət edən şəxslər barədə operativ məlumatların alınmasını təmin edir və vətəndaşların sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər kateqoriyasına uyğunluğunu avtomatik təsdiqləməyə imkan verir.

Kvota üzrə iş yerlərinin icrası ilə bağlı planlaşdırma, hesabatlılıq və idarəetmə prosesləri də daha səmərəli şəkildə həyata keçiriləcək.

Bu yeni funksionallıq kvota öhdəlikləri ilə bağlı müəssisədaxili məlumatlılığın artmasına və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Məqalədə: #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #əlilliyi olan şəxslər #ƏMAS #kvota üzrə iş yerlərinin idarə olunması #Əmək və Məşğulluq altsistemi #şəhid ailəsinin üzvləri

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.