12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb

Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.

24 Dekabr 2025 22:20
Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb

BAKI, AzerVoice

Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.

Azərbaycanın Moskvadakı səfirliyindən AzerVoice-a verilən məlumata görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovun tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda yerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqları arasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəvi köklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. O bildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının və xalqlar arasında etimadın qorunmasının vacibliyini daim xatırladacaq.

Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinə diqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilən ehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirə lövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğun rəmzinə çevriləcək.

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb
Məqalədə: #Çeçenistan #Rəhman Mustafayev #Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan park #Bakı–Qroznı reysi #Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarə qəzası #Azərbaycanın Moskvadakı səfirliyi #AZAL-ın prezidenti Samir Rzayev #Qalas Taymasxanov #Ramzan Kadırov

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.