14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Atam uçuşu bitirib, Yeni İli bizimlə qeyd etmək istəyirdi - Milli Qəhrəmanın qızı

Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı.

25 Dekabr 2025 10:05
Atam uçuşu bitirib, Yeni İli bizimlə qeyd etmək istəyirdi - Milli Qəhrəmanın qızı

BAKI, AzerVoice

Ailəmizin belə bir adəti var idi ki, axşamlar evdə birgə çay süfrəsi arxasında oturardıq və atam bizə uçuşlarından danışardı.

AzerVoice xəbər verir ki, bunu Milli Qəhrəman İqor Kşnyakinin qızı Anastasiya Kşnyakina jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, uçuş olmazdan bir gün əvvəl Qroznıya uçacağını bilirdi:

“O dedi ki, uçuşu bitirən kimi evə qayıdacaq. Çünki o, Yeni İli bizimlə qeyd etmək istəyirdi. Bu, onun ən sevimli bayramı idi. Ancaq heyif ki, gəlmədi".

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Məqalədə: #Azərbaycan #Bakı #Rusiya #AZAL #Embraer #Qroznı şəhəri #Hökumə Əliyeva #Kşnyakin İqor İvanoviç #Kalyaninov Aleksandr Georgiyeviç

Mövzu üzrə digər xəbərlər

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili
Filmoskop

Külə dönən ümidlər və qaranlığın anatomiyası: "Romadi" filminin dərin bədii təhlili

20:37
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00

Son Xəbərlər

Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
Qətər və Böyük Britaniya müdafiə əməkdaşlığını gücləndirir
21:06
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
Ər-Riyadda “Expo Village” üçün 853 milyon dollarlıq layihə həyata keçiriləcək
21:01
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
20:58
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
Ölkəmiz qonşulara qarşı hücum meydanına çevrilməyəcək - İraq
20:56
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
Pakistan və Livan məhkumların köçürülməsi haqqında memorandum imzalayıb
20:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.