6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Üçtərəfli Komissiya növbəti iclasını keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

26 Dekabr 2025 20:55
Üçtərəfli Komissiya növbəti iclasını keçirib

BAKI,AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

AzerVoice xəbər verir ki, iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, AHİK-in Aparat rəhbəri Həsən Cəfərov, ASK-nın vitse-prezidenti Vüqar Zeynalov, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə açan V.Zeynalov gündəlikdə duran məsələləri diqqətə çatdıraraq əmək qanunvericiliyinin təkmilləşdirilməsində Üçtərəfli Komissiya tərəfindən aparılan müzakirələrin rolunu qeyd edib.

İclasın gündəliyinə uyğun olaraq Nazirlər Kabineti, AHİK və ASK arasında 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Saziş çərçivəsində görülmüş işlər və “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” layihəsi müzakirə olunub.

Beynəlxalq Əmək Təşkilatının 102 nömrəli “Sosial təminatın minimum normaları haqqında” Konvensiyasının, o cümlədən, 187 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə işçi qrup tərəfindən görülmüş işlərdən bəhs olunub.

İclasda növbəti il üzrə Üçtərəfli Komissiyanın sədrliyinin Komissiyanın Əsasnaməsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə keçirilməsinə dair yekdilliklə qərar qəbul edilib.

Üçtərəfli Komissiya növbəti iclasını keçirib
Məqalədə: #Nazirlər Kabineti #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) #əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev #AHİK-in Aparat rəhbəri Həsən Cəfərov #ASK-nın vitse-prezidenti Vüqar Zeynalov #Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı layihəsi #AHİK və ASK arasında 2023-2025-ci illər üçün bağlanmış Baş Kollektiv Saziş

Mövzu üzrə digər xəbərlər

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
İqtisadiyyat

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

31 Avqust 19:32
Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək
Digər Dövlətlər

Tramp bu gün Kemp-Deviddə Nazirlər Kabinetinin iclasını keçirəcək

31 İyul 18:23
Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib
Siyasət

Əli Əsədov ÜGT-nin Baş katibi ilə əməkdaşlığın inkişafını müzakirə edib

13 İyul 18:59
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib
Siyasət

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib

10 İyul 17:49

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.