10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırır

XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli olmağa çağırır. Qurumun yaydığı məlumata görə, son günlərdə sosial şəbəkələr və messencerlər vasitəsilə dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi adı altında fişinq xarakterli saxta domenlər yayılır.

14 Yanvar 2026 16:20
XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırır

BAKI, AzerVoice

XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli olmağa çağırır.

AzerVoice xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Qurumun yaydığı məlumata görə, son günlərdə sosial şəbəkələr və messencerlər vasitəsilə dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi adı altında fişinq xarakterli saxta domenlər yayılır.

Bildirilir ki, xüsusilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi PHŞ-yə məxsus “myGov” portalının adından istifadə edilərək saxtalaşdırılmış saytlar yaradılır və bu yolla vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir.

Məlumatda qeyd olunur ki, həmin saxta saytlar vasitəsilə vətəndaşların kimlik məlumatları, istifadəçi hesabları, eləcə də bank kartları kimi mühüm məlumatlarının ələ keçirilməsinə cəhd edilir. Bu cür halların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi tərəfindən bir sıra saxta domenlər müəyyən olunaraq müvafiq qurumlarla birgə ölkə üzrə bloklanıb.

Eyni zamanda, aşkar edilmiş saxta domenlərin siyahısının Mərkəzin “Blacklist.gov.az” platforması vasitəsilə ictimaiyyətə təqdim edildiyi vurğulanır. XRİTDX vətəndaşlara saxta domenlərlə rastlaşdıqda bu barədə Blacklist.gov.az platformasına məlumat əlavə etməyi, saxta saytlardan qorunmaq üçün brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etməyi və şübhəli saytlar və keçidlərə qarşı diqqətli olmağı tövsiyə edir.

XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırır XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırır XRİTDX vətəndaşları saxta saytlara qarşı diqqətli davranmağa çağırır
Məqalədə: #Azərbaycan #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX)

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.